Namazın möhürünün fəlsəfəsi nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İslam dininin nəzərinə görə, səcdə etmək - başı torpağın və ya daşın üzərinə qoymaqdır. Səcdə üçün möhürün özü isə torpaqdan olur.
Müasir zamanda hər yerdə pak torpaq və ya daş əldə edə bilmədiyimiz üçün, Əhli-Beyt (ə) davamçıları torpağı qəliblərə salaraq, onu elə hala gətirirlər ki, müsəlmanlar özləri ilə gəzdirə bilsinlər. Onun fəlsəfəsi torpaq olmaqdan başqa bir şey deyildir. Təbii ki, İmam Hüseynin (ə) müqəddəs türbətindən başqa. Bu, xüsusi torpaqdır ki, istər möhür halında olsun, istərsə də torpaq halında - xüsusi dəyərə malikdir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq bu, o demək deyildir ki, insan ancaq torpağa səcdə edə bilər və ya əksinə - hər bir şeyə səcdə edə bilər. Xeyr. Dinimiz bu sahədə xüsusi qanun və qaydalar təyin etmişdir ki, fiqh elmi onu bizlərə təqdim edir. Orada səcdə üçün nəyin caiz olduğu və nəyin caiz olmadığı qeyd edilmişdir.
Dinimiz buyurur ki, elə şeyə səcdə etmək lazımdır ki, nə yeyilsin, nə geyinilsin. Burada geyinilmək deyildikdə parça, pambıq, yun və sair kimi xammallar nəzərdə tutulur. Ona görə də müsəlman buğdaya, arpaya, düyüyə və digər yeyəcəklərə səcdə edə bilməz.
Ancaq səcdənin möhürə edilməsi mövzusuna qayıtsaq deyə bilərik ki, möhürün fəlsəfəsi budur ki, o, torpaqdan başqa bir şey deyildir. İnsanlar torpaq axtarmamaq üçün, eləcə də hər tapdığı torpağa səcdə etməmək üçün möhür hazırlamışlar ki, həm onu gəzdirmək mümkün olsun, həm də istifadə etmək rahat olsun. İstər evlərdə, istər məscidlərdə, ya ziyarət yerlərində və istərsə də hər hansı digər yerdə.
Hər bir halda möhürün mahiyyəti budur ki, torpaq rolunu oynayır və ibadət etməkdən başqa heç bir məqsəd daşımır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp süni intellektin adını dəyişdi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
İlk insanlar belə olub - (Foto)
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





