Maraqlı

İnsult, infarkt riskini azaldır, ömrü uzadır ...

18 Yanvar 2020 20:10
3 Şərh     Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İdmanın sağlam həyat tərzi keçirmək üçün önəmi və bunun insan ömrünü uzatması barədə çox deyilib, çox yazılıb.

Evdə, xüsusi şərait olmadan kütləvi olaraq buna necə nail olmaq olar, sualı həmişə aktual olub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı daha bir araşdırma aparılııb. Harvard Universitetindən olan alimlər "Jim" adlandırlılan idman hərəkətlərinin insan orqanizminə təsirini araşdırıblar. Nəticədə mütəxəssislər bu təlimin ürək-damar sisteminin işinə son dərəcə müsbət təsir göstərdiyini müəyyənləşdiriblər. Bildirilib ki, insult və infarkt riskini 96 faiz azaltmaq üçün gündə 40 dəfə "jim" etmək lazımdır.

Statistikaya görə, 10 dəfədən az edilən "jim"in xəstəliklərdən qorumaq baxımından üstünlüyü yoxdur. Amma 20-30 dəfə edilən jim hərəkəti  ürək-damar xəstəlikləri riskini 75 faiz azaldır. Mütəmadi olaraq bu hərəkətləri etmək yalnız xəstəliyin qarşısını almır, həm də insanın ömrünü xeyli uzadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.