Maraqlı

Milyarder etdiyi yardıma görə TƏNQİD EDİLDİ

15 Yanvar 2020 07:00
2 Şərh     Baxış: 1 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Amazon" şirkətinin qurucusu Cef Bezos, Avstraliyanın meşə yanğınlarına ayırdığı yardıma görə tənqid edilib.

Milli.Az bildirir ki, CNBC-nin məlumatına görə, Bezos "İnstagram"da "Amazon"nun Avstraliya üçün 690 min dollar yardım edəcəyini yazıb.

Sosial şəbəkə istifadəçiləri Bezosun Avstraliya üçün öz sərvətindən heç nə  bağışlamadığından qəzəbləniblər. Onlar iş adamının qazancını nəzərə alaraq, yardım üçün ayırdığı məbləğin çox az olduğunu qeyd ediblər.

Xatırladaq ki, Bezos dünyanın ən varlı insanları siyahısında birinci yerdədir. "Forbes"in məlumatına görə, onun sərvəti 131 milyard dollar dəyərində qiymətləndirilir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.