Maraqlı

Məşhur müğənnidən etiraf: “Həyatımdakı bütün kişilər puluma görə mənimlə olub”

13 Yanvar 2020 12:45
3 Şərh     Baxış: 3 862
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə ilə kimi ürəyimcə olan bir şəxslə ailə qura bilməsəm, övladlığa uşaq götürəcəm.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur müğənnisi, 32 yaşlı İrem Derici deyib.

"Ana olmağı çox istəyirəm. Ancaq həyatımda sevdiyim şəxs yoxdur. Evləndiyim zaman uşağım olmadığı təqdirdə sperma bankasına müraciət etməyəcəm. Övladlığa uşaq götürəcəm. Hətta 40 yaşıma çatsam belə, ürəyimcə olan bir şəxslə ailə qura bilməsəm, uşaq götürüb saxlayacam.

Artıq bu məsələni araşdırmağa başlamışam. Bütün proseslərlə dəqiqliyinə kimi maraqlanıram", - deyə müğənni bildirib.

İfaçı indiyə kimi həyatında olan kişilərin onun puluna görə birlikdə olduğunu da etiraf edib:

"İndiyə kimi sevgi hesab etdiklərimin hamısı yalnız mənim puluma görə yanımda olub. Pul olduğu zaman sevgi də olur. Sevginin olması üçün pulum olmalıdır. Ona görə də işləyib qazanmalıyam".

Qeyd edək ki, İrem Derici iki il evli olduğu radio aparıcısı Rıza Esendemirlə 2016-ci ildə boşanıb. Daha sonra Sedat Doğan, Lider Şahin, Genco Ecer və özündən yaşda balaca olan rəqqas Ataberk Özdene ilə sevgili olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.