Maraqlı

Acun Əmraha 94 min təzminat verəcək

11 Yanvar 2020 18:10
0 Şərh     Baxış: 1 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur müğənnisi Əmrahın "TV 8"in sahibi Acun Ilıcalı ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Acun Medya"nın "O səs Türkiyə" və "Rising star" yarışmalarında "Unuta bilsem", "İhtiyacım var" və "Götür beni gittiğin yere" mahnılarını icazəsiz səsləndirdiyini bildirib.

Bu səbəbdən hakim müğənninin müəllif hüquqlarının pozulduğunu qeyd edərək hökm oxuyub. Qərara əsasən, 3 əsər üçün Əmraha maddi zərərə görə 54 min, mənəvi zərərə görə isə 30 min türk lirəsi təzminat veriləcək.

Qeyd edək ki, ifaçı "Acun Medya"dan 149 min lirə təzminat tələb etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.