Maraqlı

"Bullitt" filmindəki avtomobil ABŞ-da 3,74 milyon dollara satılıb

12 Yanvar 2020 02:30
0 Şərh     Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bullitt" filmində (1968) aktyor Stiv MakKuinin (1930-1980) cinayətkarları təqib etdiyi "Ford Mustang" (1968) avtomobili ABŞ-da "Mecum" hərrac evində 3,74 milyon dollara satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat hərrac evinin saytında yer alıb.

CNN telekanalının məlumatın görə, indiyədək bu modeldən olan avtomobillər ən çoxu 2,2 milyon dollara satılıb. Ötən il bu məbləğ "Mecum" hərrac evində 1967-ci ilin "Shelby GT500" avtomobili üçün ödənilib. ABŞ hərraclarında ən baha satılmış idman avtomobili "Plymouth Hemi Cuda" (1971) hesab olunurdu. O, 2014-cü ildə Sietl şəhərində (Vaşinqton ştatı) 3,5 milyon dollara satılıb.

"Bullitt" filminin ən cəlbedici səhnələri Florida sahillərindən uzaqda, San-Fransiskoda (Kaliforniya ştatı) lentə alınıb. Rejissor Piter Yetsin bu filmi ən yaxşı montaj nominasiyasında "Oskar" mükafatına layiq görülüb və zaman keçdikdə Hollivudda kəskinsüjetli janrın klassikinə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.