Maraqlı

“Hisense” rəngli “E-Ink” ekranlı dünyanın ilk smartfonunu nümayiş etdirib

11 Yanvar 2020 08:11
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hisense" şirkəti perspektivdə mobil elektronika bazarında yeni trend olacaq rəngli "E-Ink" ekranına malik dünyanın ilk smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni texnologiya elektron mürəkkəb əsasında rəngli displeylərlə təchiz edilən modellərin kütləvi buraxılışına başlamağa imkan verən səviyyəyə çatıb.

Bildirilir ki, "CES 2020" sərgisində nümayiş etdirilən ekranların yenilənmə tezliyi ağ-qara displeylərdən xeyli yüksəkdir. Şirkətin "E-Ink" matrisalı ilk qurğusunun ötən il buraxılan "Hisense A5" smartfon modeli kimi orta qiymət seqmentinə aid olacağı gözlənilir.

Smartfon uzunmüddətli avtonom iş üçün nəzərdə tutulan orta sinifli qurğu olacaq. "Hisense Color" adlı yeni qurğunun texniki xüsusiyyətləri və təqdimat tarixi hələ ki açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.