Maraqlı

“Windows 7” sisteminin dəstəklənməsi dayandırılacaq

9 Yanvar 2020 07:11
0 Şərh     Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti 14 yanvar 2020-ci il tarixindən etibarən "Windows 7" əməliyyat sistemi üçün dəstəyi, texniki xidməti və yenilənməni dayandırmaq niyyətindədir. Bu barədə şirkətin rəsmi saytında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, qeyd olunan tarixdən sonra ən populyar əməliyyat sistemlərindən biri üçün istənilən dəstək dayandırılacaq. Şirkət istifadəçilərə yeni "Windows 10" əməliyyat sisteminə keçməyi tövsiyə edir.

Qeyd olunur ki, "Microsoft" korporasiyası bu addımı "Windows 7"də təhlükəsizlik sisteminin zəif olması səbəbindən atmağa məcbur olub. On il əvvəl hazırlanan təhlükəsizlik sisteminin müasir təhlükələrin öhdəsindən gələ bilməməsi ilə əlaqədar istifadəçilər hakerlər üçün "asan hədəfə" çevrilib.

Öz növbəsində "Windows 10" mövcud kibertəhlükələr nəzərə alınmaqla hazırlanıb. Bu səbəbdən "Microsoft" arzuolunmaz problemlərlə üzləşməmək üçün əməliyyat sistemlərini yanvarın 14-dək yeniləməyi tövsiyə edir.

"Windows 7" sistemi 2009-cu ilin iyulunda təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.