Maraqlı

İranla gərginliyə görə ABŞ vətəndaşlığından imtina edəcək - FOTO

8 Yanvar 2020 17:48
0 Şərh     Baxış: 3 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Grammy" mükafatçısı, dünyaca məşhur repçi Kardi B ABŞ vətəndaşı olmaqdan narahatdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat verib.

Sənətçi sosial şəbəkədə Amerika vətəndaşlığından imtina edəcəyini açıqlayıb. Kardi doğulduğu Nigeriyanın bir üzvü olmaq istədiyini qeyd edib. O, Prezident Donald Trampın apardığı siyasətin doğru olmadığını, ABŞ-ın İrana qarşı savaş açmasını dəstəkləmədiyini vurğulayıb:

"Bu adam amerikalıları təhlükə altında yaşadır. Tramp bu günədək belə axmaq addım atmayıb".

Kardinin tviti siyasətçi, Nigeriya Diaspora Komissiyasının sədri Abike Dabiri-Erewanın diqqətini çəkib. O, paylaşıma "səni aramızda görməyi səbrsizliklə gözləyirik. Qapımız hər zaman üzünə açıqdır" rəyini yazıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.