Maraqlı

Keçmiş gözəllik etalonu indi necə görünür? - FOTO

6 Yanvar 2020 21:40
1 Şərh     Baxış: 4 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cina Lollobricida dünya kinosunun parlaq ulduzlarındandır. Qeyri-adi istedadı, gözəl bədən quruluşu, cəlbedici təbəssümü və güclü aktyorluq məharəti hələ Hollivudu fəth etməzdən illər əvvəl vətəni İtaliyada məşhurlaşıb. O, badamı gözləri, ideal üz simmetriyası ilə ancaq öz dövrünün digər gözəli Sofi Lorenlə rəqabət aparırdı.

Milli.Az xəbər verir ki, 4 iyul 1927-ci ildə Subiako şəhərində çoxuşaqlı kasıb ailədə anadan olan kino ulduzu dövrünün gözəllik etalonu və seks simvolu sayılırdı. 92 yaşı olmasına baxmayaraq, hələ də cazibəsini itirməyib. 60-cı illərdə kinodan ayrıldıqdan sonra Cina həyatını fotojurnalistika və heykəltəraşlığa həsr edib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.