Maraqlı

“Google Translate” proqramı daha dəqiq avtonom tərcümə əldə edib

2 Yanvar 2020 20:15
0 Şərh     Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google"un tərtibatçıları "Google Translate" mobil proqramını yeniləyiblər və onu daha dəqiq avtonom (internetə qoşulmasız) tərcümə ilə təmin ediblər. Google"un bulud infrastrukturuna qoşulmasız işləyən avtonom tərcümənin dəqiqliyi 20% yüksəlib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bir neçə il bundan əvvəl "Google Translate"in yaradıcıları proqramın internetə qoşulmasız işləyən versiyasını təqdim etmişdilər. İndi, növbəti yeniləmənin çıxarılması ilə əlaqədar "Google" tərcüməçisinin avtonom rejiminin dəqiqliyi yüksəlib.

Yeni versiyada 59 dil üçün avtonom tərcümələrin dəqiqliyi orta hesabla 12% artıb. Bəzi dillərdə (məsələn, Polşa, Koreya və yapon) avtonom rejimin dəqiqliyi 20% yüksəlib" - "Google"un nümayəndələri qeyd ediblər və əlavə olaraq bildiriblər ki, internetə qoşulma vaxtı tərcümələrin dəqiqliyi daha yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.