Maraqlı

Personal kompüterlər üçün ilk prosessoru hazırlayan mühəndis vəfat etdi

31 Dekabr 2019 15:45
0 Şərh     Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün həyatımızı kompütersiz təsəvvür etmək mümkün deyil. Halbuki, bir vaxtlar kompüterlər şəxsi məqsədlərin həyata keçirilməsi üçün əlçatmaz vasitə idi. İndi isə bu rahatlığı bizə təqdim edən insan dünyadan köçüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, personal kompüterlərin populyarlaşmasına və əlverişli modellərin ortaya çıxmasına kömək etmiş 82 yaşlı Çak Peddl vəfat edib.

Qeyd edək ki, 1975-ci ildə cəmi 25 dollar dəyərində olan 6502 prosessorunu (MOS Technology 6502) hazırlayan məhz o idi. Peddlın bu ixtirası sayəsində personal kompüterlər meydana gəldi. Məsələn, əfsanəvi "Atari 2600" oyun konsolunun mərkəzində də məhz "CPU 6507" prosessoru dayanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.