Sizə loqolarla bağlı mütəmadi olaraq məlumat veririk. Bu dəfə yenə dünyanın ən məşhur avtomobil istehsalçılarından biri haqqında danışacağıq.
Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin tam adı "Bayerische Motoren Werke"dir.
Şirkət 1913-cü ildə Karl Friedrich Rapp tərəfindən Almaniyanın Münhen şəhərində yaradılıb. BMW şirkətinin mərkəzi hələ də bu şəhərdə yerləşir. İlk zamanlarda sadəcə təyyarə motoru istehsal edən şirkət 1928-ci ildə "Fahrzeugtechnik Eisenach A.G." adlı avtomobil şirkətini satın alır. Bundan sonra BMW avtomobil istehsalına başlayır. Şirkət ilk seriya avtomobillərinin istehsalına 1929-cu ildə başlayıb.
Hazırda BMW markalı avtomobillər təkcə loqosu ilə deyil, qabaq tərəfində radiator barmaqlıqlarının özünəməxsus dizaynı ilə də fərqlənir. BMW əvvəl təyyarə motoru istehsal edən şirkət olduğu üçün loqodakı mavi hissə səmanın, bəyaz hissə isə təyyarə pərinin simvolu kimi qəbul edilir. Başqa bir versiya isə odur ki, şirkət bu simvolları Bavaria əyalətinin rənglərindən götürüb.
Milli.Az