Maraqlı

“Altın Kelebek”i boykot etdilər, təxirə salındı

17 Dekabr 2019 18:04
4 Şərh     Baxış: 2 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasimi təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 8-də baş tutacaq gecə qeyri-müəyyən vaxtadək uzadılıb.

Birinci tur səsvermənin 8 oktyabr, ikincinin isə 12 noyabrda bitdiyi tədbirin təxirə salınma səbəbi barədə açıqlama verilməyib. İddia olunur ki, Türkiyənin məşhur aparıcıları Didem Arslan Yılmaz (Habertürk TV), İrfan Değirmenci (Halk TV) və Fatih Portakal ( Fox TV)  "Kelebek"i boykot etdiyi üçün təşkilatçılar belə addım atıb.

Onlar bir müddət bundan əvvəl sosial şəbəkə hesablarında status yazaraq namizədliklərinin geri götürülməsini istəyiblər. Xəbər aparıcıları mükafatların öncədən bəlli olduğunu, süni şounun içində olmaq istəmədiklərini bildiriblər.

Qeyd edək ki, məşhurlarımız arasında Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, Elçin Cəfərov, Murad Arif, Xəyyam Nisanov, Azad Şabanov, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva "ilin ən parlaq ulduzu" nominasiyası üzrə mübarizə aparırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.