Maraqlı

Yaponiyada təqaüdçüləri ekzoskeletlə təmin etməyə başlayıblar

19 Dekabr 2019 07:41
0 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada təqaüdçülərin əməyindən istifadə etmək üçün onları ekzoskeletlərlə təmin etməyə başlayıblar. Bu haqda "New Scientist" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məsələ ondadır ki, Yaponiyada əhalinin 28%-ni 65 və daha yuxarı yaşlı insanlar təşkil edir. Bununla əlaqədar olaraq ölkədə tikinti, kənd təsərrüfatı və istehsal sahələrində işçi çatışmazlığı yaranıb.

Bir sıra şirkətlər yaranmış vəziyyətdən maraqlı çıxış yolu tapıblar. Onlar öz yaşlı işçilərini təxminən 25 kq ağırlığında yükü asanlıqla qaldırmağa imkan verən ekzoskeletlə təchiz etməyə qərar veriblər. Avadanlığın dəyəri 1300 dolları ötmür, konstruksiya isə mühəndislərə enerjidən asılılıq problemindən qurtulmağa imkan verib. Yeni ekzoskeletlər insan gücündən "enerji toplayır" və sıxılmış hava ilə işləyirlər.

Artıq bir sıra innovativ şirkətlərdə ilk belə qurğuların tətbiqinə başlanılıb. Sınaqlar uğurlu olduğu təqdirdə bütün təqaüdçülər ekzoskeletlə təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.