Maraqlı

Sony yeni kamera texnologiyasını təqdim etdi: 2x2 OCL

17 Dekabr 2019 22:55
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sony şirkəti kamera sensorlarının istehsalında lider olaraq qalmağa davam edir. Həm fotoaparatlar, həm də smartfonlar üçün istehsal etdiyi sensorlar ilə ciddi satışlar əldə edə bilir. Hər nə qədər öz smartfonları ilə ekosistemdə uğur qazanmasalar da yeni texnologiyalar ilə gündəmə gəlməyi bacarırlar. Belə ki, bu səfər şirkət smartfonların kameraları daha irəli səviyyəyə aparacaq yeni sensor texnologiyasını təqdim etdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, 2x2 On-Chip Lens adı verilən texnologiya ilə smartfonlardakı kamera sensorları daha həssas, daha dəqiq şəkillər çəkə biləcək.

Yeni sensorlar səbəbilə artıq smartfon kameraları daha həssas olacaq və daha sürətli fokuslanacaqlar. Həmçinin dinamik rəng aralığı da daha geniş olacaq. Şirkət rəsmilərinin açıqlamasına görə daha yüksək Meqapiksellərdə daha üstün performans veriləcək. Rəsmilər qeyd edir ki, yeni texnologiyada bir-birinə bitişik eyni rəngli piksellərin hər birinin üzərinə 1 lens qoymaq yerinə bütöv tək bir lens qoyaraq daha yaxşı nəticə əldə edə bilirlər.(Yuxarıda sağdakı şəkil) Bu səbəbdən kamera sensorları ən kiçik obyektlərə belə rahatlıqla fokuslana biləcək.

Sony rəsmiləri ayrıca qeyd edir ki, piksellər arasındakı faza fərqi bu üsul ilə minimuma endirilir və həm horizontal, həm də vertikal olaraq rəng təyin etmə qabiliyyəti artır. Hal-hazırda bu texnologiyanın nə vaxt tətbiq olunacağı bəlli deyil. Lakin aşkarlanan bəzi məlumatlara görə Oppo şirkəti 2020 üçün Sony şirkəti ilə müqaviləyə bağlayıb və çox güman gələn il Oppo-nun flaqman modellərinin birində bu kamera sistemini görə biləcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.