Maraqlı

Ekran qoruyucusunda yaranan hava qabarcıqlarını necə təmizləmək olar? – VİDEO

17 Dekabr 2019 21:45
0 Şərh     Baxış: 1 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Telefon ekranlarını qorumaq üçün istifadə etdiyimiz qoruyucular hava və kir səbəbindən hava qabarcıqları ilə örtülə bilər. Ekran qoruyucusundakı bu qabarcıqları təmizləmək üçün nə etməli olduğunuzu TED.az-ın hazırladığı təlimatda izah edirik.

Smartfonların getdikcə böyüyən ekranlarını cızma və ya çatlama kimi təhlükələrdən müdafiə etmək üçün ekran qoruyucularına ehtiyac yaranır. Bəzən bu qoruyucularda telefonun istifadəsinə təsir edən hava qabarcıqları yaranır. Aşağıda təqdim etdiyimiz videoda nə etməli olduğunuz göstərilir. Videonun daha aydın olması üçün isə öncə izah etdiyimiz məqamları oxumanız məsləhətdir.

İlk olaraq ekran qoruyucusundakı qabarcıqların daxil olmuş havadan ya da toz hissəciyindən qaynaqlandığını müəyyənləşdirmək lazımdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, qabarcıqlar hava boşluğundan qaynaqlanırsa, bir kredit kartı və ya buna bənzər əşya lazımdır. Qabarcığın ölçüsü böyükdürsə, kartın kənarlarını ekran qoruyucusuna dayayıb həmin qabaracıqları telefonun kənarına gətirməklə kənara çıxarmaq lazımdır.

Kiçikləri olduğu halda isə kartın künclərindən istifadə etmək daha yaxşıdır. Əvvəlcə kartın küncünü qabarcıqların üzərində hərəkət etdirməklə onları dağıdın. Səpələnmiş qabarcıqlar videoda göstərildiyi kimi zolaqlar şəklində olacaq. Daha sonra onları kənara çıxarın. Ekrandan əvvəlcə daha böyük qabarcıqları təmizləmək lazımdır.

Toz hissəciklərindən yaranan qabarcıqlara gəlincə isə bu proses bir az mürəkkəbdir.

İşə başlamazdan əvvəl orta ölçülü yapışqan lent götürün. Lentlərdən birini ekran qoruyucusunun qabarcıqlara ən yaxın olan kənarına yapışdırın. Daha sonra lenti yavaşca qaldırın. Beləcə ekran qoruyucusu da lentlə birlikdə qalxacaq. Qoruyucunu yalnız ehtiyac olduğu qədər yuxarı qaldırın. Ekrandan ayrılandan sonra toz hissəciklərinin telefon ekranında və ya ekran qoruyucusunda olub-olmadığını müəyyənləşdirin.

Toz qoruyucudadırsa digər lenti onun arxa tərəfinə yüngülcə yapışdıraraq tozu təmizləyin. Sonra ekran qoruyucusunu yenidən yapışdırın.

Toz hissəcikləri ekrana yapışıbsa tozu ordan təmizləyin və sonra kredit kartının köməyi ilə qoruyucunu ekrana yapışdırın.

Unutmayın ki, toz qabarcıqlarının olması telefonun sensorunun zəif işləməsinə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.