Maraqlı

Bakıda doğulan qorxunc uşaqla bağlı baş ginekoloqdan açıqlama: Həkim cinayət edib

12 Noyabr 2019 21:05
11 Şərh     Baxış: 54 404

"Anormal körpə özəl klinikada doğulduğu üçün bizim bu məsələni araşdırmağa ixtiyarımız yoxdur"

Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal,  görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.

Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova açıqlamasında  bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:
 
"Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, çünki dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın görək nədir, nə etməliyik".

Sevinc Məmmədova deyib ki, elə anomaliyalar nadir olsa da, rast gəlinir: "Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.

Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.

Həmin hamilə qadın özəldə doğuş etdiyi üçün görünür, çox imkansız da olmayıb. Çox güman ki, onun elə hamiləliyi də, USM müayinələri də hansısa özəl xəstəxana və ginekoloq tərəfindən aparılıb.

Doğuşa qədər bunun aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər".

Həkim onu da vurğulayıb ki, Sankt Peterburqda hələ I Pyotrun dövründən muzey kimi yaradılmış kunskamera var ki, orda belə anomal doğulmuş körpələr eksponat kimi saxlanılır.

Bəs valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi?

Həkim buna qanunun  icazə vermədiyini söyləyib:

"Azərbaycanda evtanaziyaya icazə yoxdur. Körpənin ürək fəaliyyəti varsa, nə qədər yaşaya bilərsə yaşamalıdır. Ata-ana imtina etsə də, xəstəxana tərəfindən və ya dövlətə müraciət olunarsa, o uşaq nəzarətə alınmalıdır. Heç bir həkim süni olaraq onun ürəyinin fəaliyyətini dayandıra bilməz".

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Leyla · 12 Noyabr 21:16390

    Ne olsunki ozel klinikadi.Dovlet istese her sey ede biler.Ozeldi deye nece geldi is gormelidirlerki?Ele dovlet ozu ozel klinikalari qudurdur.

    Cavab yaz
  • Anonim
    // · 13 Noyabr 00:2570

    Ürək agrıdıcıdı.Həm uşaq həm valideynləri ücün( Azgı da yox idi axı bəs necə olacaq?

    Cavab yaz
  • Anonim
    Noname · 13 Noyabr 08:18170

    basa dusmedim ozeldi deye xesteleri oldurseler de dovlet ise qarismsyacaq? bu ne mentiqdir ? o korpenin valideynleri bu meselenin axirina qeder getsinler mence

    Cavab yaz
  • Anonim
    Adi insan · 13 Noyabr 08:41131

    Bawa duwmedik?Ozeldir deye milleti qirib batirmalidirlar? Nece yeni biz qariwa bilmerik icaze yoxdur?Bu boyda meseleye bu nece yanawmadir?Eslinde meseleye sizler qariwmali hemin o ozel adlanan klinika hamilelik zamani anani muayine eden hekim tapilmalidir.Korpenin valideynleri,eger varsa nene babalari bu iwe qariwmalidirlar.Ecebdir here bir behane ile yaxasini kenara cekir.Bu boyda hengameye de encam cekmeyenden sonra daha neye oturmusuz orda?Neye gereksiz?

    Cavab yaz
    • Anonim
      oxucuların · 13 Noyabr 18:0210

      elə bil özəl klinikanı açan başqa planetdən gəlib

      Cavab yaz
  • Anonim
    Oxucu · 13 Noyabr 14:40100

    Bəs özəl klinikalara lisenziyanı verən dövlət deyil? Səhiyyə Nazirliyi lisenziya verməsə hansı özəl tibb müəssisəsi fəaliyyət göstərə bilər? Əgər belə bir fakt varsa, həkiminə cinayət işi açılmalıdır. Bu boyda anormallığı görməmək mümkün deyil.

    Cavab yaz
  • Anonim
    yağmur · 13 Noyabr 17:1420

    Mehman Həmzəyevin necə dənə belə anormal uşagı dogulub.Mehman həkim cinayətkardı pul gözün tutub UZİ də anaromallığı görmür.Sikayət edəndə deyirlərki arxası böyükdü uduzarsız.Bu yazıq qara millət kimə şikayət etsin.Dünyanın heç yerində belə qanun yoxdu.Belə həkimlər cəzalarını almalıdı.Belə anormallıgı necə görməmək olar ???

    Cavab yaz
    • Anonim
      Leyla · 14 Noyabr 19:2400

      Mehman həkim çox savadlı həkimdir.Təki bütün həkimlər onun kimi vicdanlı və savadlı olsunlar

      Cavab yaz
  • Anonim
    Nurane · 13 Noyabr 19:2300

    Cox yazik hem anaya hem cocuga gerek yaymiyaydilar goruntuleri

    Cavab yaz
  • Anonim
    Kemale. · 14 Noyabr 14:1500

    Dovlet xestexanalarina poliklinikalara getmirler xesteler. Eslinde en savadli hekimler orada isleyir. Ozeller pullu oldugu ucun ele bilirler ki onlar hamidan savadlidirlar. Xeyir ozellerin reklami gucludur. Xestelerin pulunu yeyirler hec de xeyri yoxdur. Yalandan orda.burda kurs kecib sertifikat alirlar. Al sene savadli hekim.

    Cavab yaz
  • Anonim
    .... · 14 Noyabr 16:0300

    Bəli mən Sankt Peterburqda Kunskamera muzeyində olmuşam.Bu cür körpələr,hamiləliklər şüşə içində xüsusi suyun içində saxlanılır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.