Maraqlı

Hadisənin arıqlama müəmması... - FOTO

7 Noyabr 2019 13:21
3 Şərh     Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin pop ulduzu Hadisə xarici görünüşü ilə hər kəsi təəccübləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "O səs Türkiyənin" çəkilişlərindən əvvəl kulisdə foto çəkdirərək instaqram səhifəsində paylaşıb.

Müğənninin sözügedən görüntüsü müzakirələrə səbəb olub. Xəbər saytları, instaqram səhifələri iddia edib ki, Hadisə həddindən artıq çəki atıb.

Digər iddiaya görə isə, ifaçı fotoşop proqramlarından istifadə edərək özünü incəldib. Çünki o, 6 gün əvvəl konsertində çəkilən fotoları instaqram səhifəsində paylaşıb və həmin şəkillərdə Hadisə bu qədər incə görünməyib.

Həmçinin, pop ulduzun eyni geyimdə bir neçə fotosu var və onlar bir-birindən görünüşcə çox fərqlidir.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.