Maraqlı

Dibçək güllərinə qulluq qaydası

13 Yanvar 2020 05:30
0 Şərh     Baxış: 5 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ev şəraitində bəslənilən dibçək güllərə qulluq səbir və zəhmət tələb edir. Dibçək güllərini əkməyin öz vaxtı var. Mütəxəssislər bildirirlər ki, otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək məsləhətdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əkin üçün ən yaxşı vaxt mart və oktyabr ayları sayılır. Payızda əkilən güllər xüsusi diqqət və qulluq tələb edir. Payızda havanın tez-tez və gözlənilmədən dəyişməsi otaq güllərinin həyat funksiyalarının zəifləməsinə səbəb olur. Onlar qış istirahətinə hazırlaşdıqları vaxt güllərin yerini dəyişmək məsləhət deyil.

Qızılgül, ofokantus, azariya və sitruslar başqa bitkilərlə müqayisədə daha soyuq yerləri sevir. Ona görə də həmin bitkiləri yaza qədər temperaturu 3-6 dərəcə olan və ya otaqda ən sərin yerə qoymaq məsləhətdir. Onları tez-tez sulamaq da düzgün deyil. Mütəxəssislər həmin bitkilərin köklərinin qurumaması üçün az miqdarda suya ehtiyacı olduğunu bildirirlər. Bu qulluq yarpaqların erkən tökülməsinin də qarşısını alır.

Payız mövsümü bir çox otaq bitkiləri üçün qış yuxusuna keçid dövrü sayılır. Bir çox böyük bitkilər isə istirahət zamanı da qida maddələri tələb edir. Bu zaman kalium tərkibli gübrələrdən istifadə etmək məsləhətdir. Pəncərə qabağında düzəndə alçaq boylu bitkiləri şüşənin qabağına, hündürboyluları isə ikinci cərgəyə yerləşdirmək lazımdır. Belə düzüldükdə güllər işıq və havanı bərabər miqdarda ala bilirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.