Səkkizinci nəsil VW Golf rəsmi olaraq debüt edib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Volkswagen şirkəti gələcəyini elektrokarlarla bağlasa da, hazırda alman markasının bestselleri Golf modeli olaraq qalır. Keçən il istehsalçı 732 min Golf satıb. Məlum məsələdir ki, bestsellerdən imtina etmək axmaqlıq olardı. Bu səbəbdən də, alman şirkəti modelin səkkizinci nəslini rəsmi olaraq təqdim edib.
Səkkiznci nəsil VW Golf yeni dizayna malik olsa da, model 100% tanınandır: ümumi nisbətlər, yan şüşələrin forması, damın və arxa dayağın xarakterik forması qorunub-saxlanıb. Üçqapılı kuzov arxivə göndərilib - hetçbek yalnız beşqapılı kuzovla təklif ediləcəkdir. Yeni Golf modelinin qabarit uzunluğu 4284 mm, eni - 1789 mm, hündürlüyü - 1456 mm, təkər bazasının genişliyi isə 2636 mm təşkil edir. Beləliklə, yeni model sələfindən 26 mm uzun, 1 mm enli və 36 mm alçaqdır. Təkər bazasının genişliyi isə 16 mm artıb.
Milli.Az autograph.az-a istinadən bildirir ki, mühəndislər avtomobilin aerodinamikası üzərində ciddi işləyiblər - aerodinamik müqavimət əmsalı 0,29-dan 0,275-ə qədər azaldılıb. Bütün işıq texnikası standart olaraq işıqdiodlarından hazırlanıb. Matrisa fənərlərini isə əlavə ödənişlə sifariş etmək olar.
Əsas inqlab modelin salonunda baş verib. Yeni hetçbek standart olaraq iki displeyi olan "rəqəmsal kokpit" ilə təchiz edilir. Cihazlar paneli passiv 10,25-düymlük ekrandan ibarətdir, ön panelin mərkəzində isə, təchizatdan asılı olaraq, 8,25 və ya 10,25 düymlük taçskrin yerləşir. Bu displeydə mediasistem, klimat-kontrol və başqa ikinci dərəcəli funksiyaların idarəetməsi cəmlənib. Əlavə ödənişlə proyeksiya displeyini də sifariş etmək olar. Ötürmələr qutusunun selektoru isə kiçik cojstikə çevrilib.
Ön paneldəki mövcud olan fiziki düymələr iki blokda cəmləşib. Sükandan sol tərəfdə yerləşən blok işığa və şüşlərin qızdırılmasına, mərkəzdəki blokda isə qəza işığının və tənzimləmələr menyusuna yeyin daxilolmanı təmin edən düymələr yerləşir. Hətta, açılan şüşə lyuk da tavandakı sensorlu slayder tərəfindən idarə edilir. Opsiyalar arasında üçzonalı iqlim sistemi və Harman/Kardon səs sistemi vardır.
Yeni multimedia daimi olaraq internetə girişə malikdir və səslə idarəetməni dəstəkləyir. Media axın audio və videosunu oxutmaq, məsafədən yenilənmək və yeni tətbiqlərin yüklənməsi funksiyalarına malikdir. Ən bahalı versiyalarda smartfondan girişi də təmin etmək olar: qadjetdən avtomobilin qapılarının açılması və mühərrikin işə salınması üçün istifadə etmək olar. Üstəlik, avtomobilin sahibi bütün funksiyaları dostunun smartfonuna göndərərək avtomobili onunla "bölüşə" bilər.
VW Golf standart olaraq avtomatik əyləcləmə sistemi ilə təchiz edilir. Əlavə ödənişlə 210 km/saat həddinə kimi avtomobili zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol sistemi sayılan IQ. Drive kompleksini də sifariş etmək olar. Kompleks avtopilot sistemi olmasa da, sürücü əlini 15 saniyə müddətinə sükandan götürdüyündə, sistem həyacan siqnalı verərək avtomobili yol kənarında saxlayır. Bundan başqa, Golf standart olaraq 800 metrlik məsafədəki başqa avtomobillər və yol infrastrukturu ilə operativ məlumatı bölüşən Car2X sistemi ilə təchiz edilən ilk VW avtomobili olub.
Yeni model təkmilləşdirilmiş MQB platformasında inşa edilib və əvvəlki kimi DCC adaptiv şassisi ilə təchiz olunur. Adi Life və Style versiyaları ilə yanaşı, aqressiv kuzov dəsti və dekoru, həmçinin asqı və sükan sisteminin idman tənzimləmələri olan R Line versiyası da təklif edilir.
VW Golf Avropada səkkiz mühərrik variantı ilə satılacaqdır. EA211 Evo ailəsindən olan benzin turbomühərrikləri təkmilləşdirilmiş üçsilindrli 1,0 TSI (90 və 110 a.q.) və silindrlərinin yarısının söndürülməsi funksiyası olan dördsilindli 1,5 TCI (130 və 150 a.q.) ilə təmsil olunublar. 130 at qüvvəsindən yuxarı gücə malik olan mühərriklər dəyişən geometriyası olan turbokompressorlar ilə təchiz edilirlər. Mühərriklər 6-pilləli mexaniki və 7-pilləli DSG "robotu" ilə tandemdə çalışırlar.
Bundan başqa, modeli 48 voltluq elektrik əlavəsinə malik olan eTSI "yumşaq" hibridləri ilə də sifariş etmək mümkün olacaqdır. Hibrid, qayış ötürməsi olan startyor-generatora və yığcam litium-ion batareyasına malikdir. Bu opsiya DSG qutusu ilə təchiz edilmiş 110,130 və 150 at qüvvəli mühərriklər üçün əlçatan olacaqdır. Elektromotor sürətlənmənin ilk anlarında DYM-nə yardım edir və start-stop sisteminin fəaliyyətinə cavabdehdir. Şirkət hibrid əlavənin 10% yanacağa (WLTP) qənaət etdiyini bildirib.
Məlum məsələdir ki, Golf modelinin mühərrik çeşidində 2,0 TDI (115 və 150 a.q.) dizel mühərriki də vardır. Ən güclü dizeli 4Motion tam ötürməsi ilə də sifariş etmək olar. Bundan başqa, Volkswagen iki qoşulan hibridi də hazırlayıb. Hər iki modifikasiya 1,4 TSI mühərriki, elektromotor quraşdırılmış 6-pilləli "robot" və 13 kVs-lıq batareya ilə təchiz edilir. Baza hibridi sayılan Golf e-Hybrid 204 at qüvvəsinə, Golf GTE isə 245 at qüvvəsinə malikdir.
Almaniyada səkkizinci Golf modelini dekabr ayından başlayaraq satacaqlar. Digər bazarlarda avtomobil 2020-ci ilin əvvəlində debüt edəcəkdir. Gələn il "qaynar" GTI, GTI TCR və GTD modifikasiyaları, həmçinin 300 at qüvvəli Golf R təqdim ediləcəkdir. Ənənəvi olaraq Volkswagen Golf het,beki bizim bazarda təklif edilmir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
XƏBƏR LENTİ
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)





