Maraqlı

Günün qoroskopu: Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür

30 Oktyabr 2019 00:01
17 Şərh     Baxış: 5 973

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Maliyyə məsələlərinə bu gün aydınlıq gətirin. Tanıdığınız və dəyər verdiyiniz insanlara qarşı güc, kobudluq, təzyiqə əl atmayın. Ətrafınızdakı insanlar sizə qarşı deyillər və onlarla müvafiq formada danışsanız, yardım edəcəklər. Bu gün izafi məsləhətlər alaraq, işlərinizi başqalarının göstərişi əsasında qurmayın. Gün ərzində ev üçün nə isə almaq, təcili və təxirəsalınmaz saydığınız əşyaya yiyələnmək, artan iştahınızı təmin etməyə çalışacaqsınız.

Buğa - Bu gün ən xırda təfərrüatlara və detallara diqqət verin. Gəldiyiniz nəticələrdə dəqiq və səlis olun. Bu gün başlayacağınız bir çox işlərdə uğur qazana bilərsiniz. Bir şərtlə ki, məşğul olduğunuz işə maraq göstərəsiniz. Darıxdırıcı, usandırıcı işlərlə məşğul olmayın. Diqqətiniz yayınmasın, səhvlərə yol verməyin.
Şəxsi həyatda dəyişikliklər ola bilər. Son vaxtlar sizi maraqlandıran suallara cavab alacaqsınız. Əvvəllər son qoyulmuş bəzi münasibətlərin bərpası ehtimalı var. Sevdiyiniz adamla mübahisə edibsinizsə, barışmaq çətin olmayacaq.

Əkizlər - İşdə və şəxsi həyatda yeni münasibətlərə başlamaq üçün əlverişli gündür. İnsanlarla asanlıqla dil tapmağa çalışın. Onların sizdən gizlədikləri, söyləmək istəmədikləri məqamları təxminləməyə çalışın.
Aldadılmamaq üçün sərvaxt olun. İstənilən məlumatı və ya informasiyanı çox təfərrüatlı, dəqiq şəkildə yoxlayın. 
Ailə üzvləriniz, xüsusilə də kiçik yaşlılar bu gün sizə sürpriz edə bilərlər. Yaxınlarınızın yanında özünüzü rahat hiss edirsiniz. Evdə qarşılıqlı anlaşma və xoş niyyət var.

Xərçəng - Gün maraqlı olacaq. Yeni, cazibədar işlə məşğul olmaq imkanı yaranacaq. Ətrafınızdakı insanların sizdə olmadığını düşündükləri istedadlarınız üzə çıxacaq. İş yoldaşları, tanışlar arasından bir nəfər sizə pis olmayan təkliflə yaxınlaşa bilər. Qeyri-adi diqqət nişanələri, xoş sürprizlər ola bilər.
Sevdiyiniz insan varsa, sizi əla gün gözləyir. Onu sevindirmək üçün hər şeyə hazırsınız. Bilin ki, o da hisslərinizi anlayır və dəyərləndirir. Günün emosional fonu çox əlverişlidir.

Şir - Gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi emosiyaları zəiflədin.
Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.
Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.

Qız - Yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər. 
Amma hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür.
İtki verə biləcəyiniz tədbirlərə qatılmayın.
Hadisələrə müdaxilə etməsəniz, gün yaxşı alınacaq.

Tərəzi - Bu gün sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edib, başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əqrəb - Bu gün qarşınızda çox yaxşı peşə imkanları açılacaq. Tərəfdaşınıza və sizə sərfəli olan əməkdaşlıq başlaya bilər. İşdə qərarlar asanlıqla verilir, dinamik çalışırsınız. Yeni müttəfiqlər və tanışlar sizə xoş təsir bağışlayır. 
Fəqət xəyallar aləminə qapılmayın, illüziyaların izinə düşməyin. Həyata real baxan insanların yanında olun.
Elektrik əşyaları və odla ehtiyatlı olun. Kiçik travmalar istisna deyil.

Oxatan - Bu günün hadisələri müəyyən vasitə və yollarla keçmişinizlə bağlı olacaq. Ona görə də maraqlandığız suallara məhz həmin əlaqələrdə cavablar arayın.
Valideynlər və ailə üzvləriniz, qohumlarla anlaşılmazlıqlar mümkündür.
Səbrli olun, təmkinli davranın.
Baş verənlərə sakit yanaşsanız, problemlərin həll yollarını tapacaq, əmin-amanlığı bərpa edəcəksiniz.

Oğlaq - Bu gün işdə uğur qazanmağa və peşəkar ambisiyalarınızı təmin etməyə çalışacaqsınız. İşinizə, əməyinizə müsbət təmayüllərin təsiri az olmayacaq. İmicinizə xüsusi diqqət yetirin.
Ətrafdakı insanlara bağışlayacağınız təsirdən çox şey asılıdır. 
Bu gün mümkün qədər diqqətli olun, ətrafı sərrastlıqla müşahidə edin. Məhz belə olarsa, şəxsi həyatınızda yaranmış situasiyanı anlaya bilərsiniz.
Sizi çoxdan bəri narahat edən problemin həll yolunu tapa biləcəksiniz.

Dolça - Bu gün istənilən işin, o cümlədən ən çətin problemlərin öhdəsindən gələcəksiniz. Heç bir səddə və maneəyə fikir vermədən məqsədinizə doğru irəliləyin. 
Bədxahlar sizə mane olmağa çalışacaq, amma uğursuzluğa düçar olacaqlar. Yeni işgüzar münasibətlərin yaradılması üçün əlverişli gündür. İş yoldaşları və ya tərəfdaşlarla, şərik və dostlarla əməkdaşlıq sərfəli ola bilər.
Şəxsi həyatda hər şey asan deyil. Fəqət situasiyaya fərqli baxsanız, bütün problemlərin həll yolunu tapa bilərsiniz. Səfərə çıxmaq, mühiti dəyişmək pis olmaz.
 
Balıqlar - Sizin üçün önəmli olan insanla aranızdakı fikir ayrılıqlarına rəğmən, yaranmış anlaşılmazlığı bu gün aradan qaldırmaq olar. Çalışdığınız insanlara ideyalarınızın pis olmadığını, onların perspektivə hesablandığını başa salın. Kəmhövsələ olmayın, tələsməyin.
Ümumi işlərdə yalnız özünüzü düşünməyin.
Gün mühüm məsələlərin həlli üçün əlverişlidir.

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 00:0250

    Sabahiniz uqurlu gününüz maraqli ehvaliniz xoş olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Oktyabr 08:2520

      Seninle Bahem Esracan...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 09:1800

        Cox saq ol canim Esmərim

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 00:0363

    Gülmeli status-Hörümceyi öldürdüm dediler hörümcek öldürmek günahdi mende saldim öz toruna guya Hörümcek intihar edibb dəəə:))

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Oktyabr 08:2830

      Indi insanlar da beledi da istediyini edir sora gunah qazanmamaq ucun horumcek kimi oz torunda bogulmasan deyiler.....

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 09:1920

        Eledi canim.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Oktyabr 00:0353

    Veeeeeeeeee.......Geceniz xeyre qalsin yuxunuz bal-Mestan Esra olsun !

    Cavab yaz
  • Anonim
    Esmer · 30 Oktyabr 08:2570

    Her kesin sabahi xeyrli gunu ugurlu olsun. Her birinize gozel gun arzu edirem EZIZ werhciler....

    Cavab yaz
  • Anonim
    Ulya · 30 Oktyabr 10:4850

    Hər kəsə salam

    Cavab yaz
  • Anonim
    Ulya · 30 Oktyabr 10:4930

    Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... Gecə sakit... düşüncəm sakit deyildir fəqət, Gözlərimin önündə canlandı bir həqiqət. Xəyalım ənginlərə o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, İlk dəfədir kainat- Dünyanı sellərində çalxayan bizim həyat Sağda, solda döyüşmüş, Sonra yoluna düşmüş. Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl! Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl! Göy üzünə bircə bax, hər ulduz bir sarı gül, Yarı qönçə, yarı gül. Səni gördüm, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizə bu nazlı aləm görünərdi qaranlıq, Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq. Xoşladığm bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən, Bir az fikrə gedərkən, Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

    Cavab yaz
  • Anonim
    Ulya · 30 Oktyabr 10:5030

    Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş... Mikayıl Müşviq

    Cavab yaz
  • Anonim
    Ulya · 30 Oktyabr 10:5130

    Sizin kimi bir insanıq, Biz nə daşıq, nə dəmirik. Yetər, artıq biz heç kəsə Yamaq olmaq istəmirik. ...Yaman dərddir, Gözün ola, amma görə bilməyəsən. Yaman dərddir, Dilin ola, Nə danışıb, nə dinəsən. Yaman dərddir, Ağlın ola, Özgəsinin ağlı ilə düşünəsən Bəxtiyar Vahabzadə

    Cavab yaz
  • Anonim
    Zyuma · 30 Oktyabr 14:3320

    Bu ayrilan yollarimiz wahid olsun.Men gedirem bu vidani yawamaga. Indi senin ureyine fereh dolsun. Men gedirem bu vidani yawamaga...Gözlerinde aglayacaq qem görmedim. Men umidler atewiyem bil sönmedim.Ayriligi senin ile hec bölmedim. Men gedirem.bu vidani yawamaga...Sene sag ol.mene vida bu sevdadan. Ayilmiwam ömür adli bir röyadan. Ruhum ile köc eyleyib bu dunyadan.Men gedirem bu vidani yawamaga...

    Cavab yaz
  • Anonim
    Zyuma · 30 Oktyabr 14:4020

    Ne etsen qelbine.gelecem yene.Sen meni unuda bilmeyeceksen!..Mene zalim deyib vefasiz deme.Sennnnn meni unuda bilmeyeceksen!...Geceler bir esen mehe dönecem Men seni ulduzdan baxib görecem..Her gün yaddawina gelib deyecem..Sen meni unuda bilmeyeceksen!!!..Negmeler sözumu deyecek sene..Varligin deyiwib dönecek mene..Gel zulm eyleme seven.qelbine Sen meni unuda bilmeyeceksen...bilmeyeceksen!!!.......

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Oktyabr 16:3210

      Zyuma Cox Mohtewem...menden size LIKEEEE....

      Cavab yaz
  • Anonim
    Zyuma · 30 Oktyabr 17:4010

    Cox sağ ol Esmercim... teşekkürler...

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Oktyabr 20:3410

      Sag olun dostlar sizinle sagollawib cixram birde ne vaxtasa yazacaqmi bilmirem Allah her birinize komek olsun yolunuz daim aciq olsun ......

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.