Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"CCS Insight" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada "5G" şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ildə Çin ən böyük "5G" bazarı olacaq. Beşinci nəsil şəbəkələrinin sürətlə qurulması və milli ambisiyalar onun ölkədə rekord templərlə yayılmasına xidmət edəcək. Proqnoza görə, 2025-ci ildə Çində "5G" qoşulmaları 1,2 milyard və ya qlobal sayın 40 faizini təşkil edəcək.
Bildirilir ki, Avropa yeni texnologiyanın mənimsənilməsinə əhəmiyyətli töhfə verəcək. Hazırda Avropa "5G"nin yayılması baxımından digər regionlardan geri qalsa da, yeni nəsil kommersiya şəbəkələri artıq İspaniya, Böyük Britaniya, İsveçrə, Almaniya, İtaliya, Rumıniya və Latviyada işə salınıb.
Digər regionlarda olduğu kimi, "5G" şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsi, mobil qurğuların qiymətinin ucuzlaşdırılması və cəlbedici tarif planlarının yaranması "5G"nin Avropada tətbiqi üçün əsas hərəkətverici qüvvə olacaq. "CCS Insight" şirkətinin proqnozuna görə, 2025-ci ildə burda "5G" qoşulmalarının sayı yarım milyardı ötəcək.
Qeyd edək ki, "5G" sahəsində ən optimist proqnoz bu yaxınlarda "TSMC" şirkəti tərəfindən verilib. Onun qiymətləndirməsinə görə, 2020-ci ildə "5G" şəbəkəsini dəstəkləyən smartfonların qlobal tədarük həcmi 300 milyon ədədə yaxınlaşacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
XƏBƏR LENTİ
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var





