“Apple” ən bahalı brend olaraq qalır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan "Interbrand" beynəlxalq konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin növbəti illik reytinqini dərc edib. 1998-ci ildən tərtib olunan reytinqdə "Apple" şirkəti ardıcıl yeddinci dəfə birinci yeri tutub.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2019-cu ildə "Apple" brendinin dəyəri 234,2 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 9 faiz çoxdur. "Google" şirkəti 167,7 milyard dollarlıq göstərici ilə ikinci pillədə qərarlaşıb. Bu göstərici 2018-ci ilin nəticəsini 8 faiz üstələyir.
Liderlər üçlüyünü il ərzində 24 faiz bahalaşaraq 125,3 milyard dollar olan "Amazon" brendi tamamlayıb. Sonrakı mövqelərdə "Coca-Cola" (brendin qiyməti 4 faiz - 63,4 milyard dollaradək ucuzlaşıb), "Samsung" (2 faiz - 61,1 milyard dollaradək artım), "Toyota" (5 faiz - 6,2 milyard dollaradək artım) və "Mercedes-Benz" (5 faiz - 50,8 milyard dollaradək artım) yer alıb.
Tədqiqat aparılan zaman "Interbrand" tərəfindən brendin dəyərinə təsir göstərən müxtəlif amillər nəzərə alınır. Onlar arasında məhsul və xidmətlərin satışı üzrə maliyyə göstəriciləri, əmtəə nişanının alıcı seçiminə təsir dərəcəsi və şirkətin gəlirlərinə ziyan vurmadan yüksək qiymətlər təyin etməyə imkan verən brendin gücü qeyd olunur.
"Interbrand" reytinqinə ilk dəfə "Dell Technologies" (63-cü yer), "LinkedIn" (98-ci yer) və "Uber" (87-ci yer) kimi texnoloji şirkətlər daxil edilib. Qeyd etmək lazımdır ki, məlumat sızması ilə əlaqədar qalmaqallar və sonradan tətbiq edilən böyük məbləğli cərimələr nəticəsində "Facebook" sosial şəbəkəsinin brendinin dəyəri 12 faiz ucuzlaşıb.
Ən sürətli artan brendlər kimi "Mastercard" ( 25 faiz) və "Salesforce" ( 24 faiz) göstərilib. 2019-cu ildə "Gucci" ( 23 faiz), "Starbucks" ( 23 faiz) və "Adobe" ( 20 faiz) brendləri də artım tempini yüksəldib.
Reytinq müəlliflərinin sözlərinə görə, son ildə ən dinamik sektor internet vasitəsilə mediakontentin istehsalı və yayılması ilə bağlı sektor olub. Texnoloji sahədə brendlərin dəyəri orta hesabla 9 faiz bahalaşıb ki, bu da məşhur məhsul istehsalçılarından ( 11 faiz) azdır.
Bu il 100 ən bahalı brendin ümumi dəyəri 2,13 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilə nisbətdə 5,7 faiz çoxdur. 26 şirkət illik hesablamada ikirəqəmli artım tempi nümayiş etdirib, "IBM" və "Intel" isə tənəzzülə uğrayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər





