Maraqlı

Marsda həyat izləri 40 il əvvəl tapılıb?

17 Oktyabr 2019 21:20
2 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA-nın keçmiş alimi Gilbert Levin bəyan edib ki, Marsda həyat izləri hələ 40 il əvvəl tapılıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə alimin "Scientific American" portalındakı məqaləsində deyilir.

Levin, araşdırmanın 1976-cı ildə "Vikinq" proqramı çərçivəsində həyata keçirildiyini bildirib. O, qeyd edib ki, proqram Mars torpağının nümunələrində həyat izlərini axtarmağı özündə ehtiva edirdi.

Alimin fikrincə, alınan nümunələrdə oksigenin yüksək səviyyədə olmasını sübut edən "mikrob tənəffüsünü" aşkar etmək mümkün olub.

Ümumilikdə 4000 mil məsafəyə enmiş iki kosmik gəmidən dörd müsbət nəticə əldə edilib.

O, qeyd edib ki, bununla belə NASA, nümunələrin yalnız həyatı təqlid edən bir maddənin mövcudluğunu bəyan edib. Alim əlavə edib ki, son 43 ildə NASA heç vaxt Marsa göndərilən kosmik gəmiləri təkrar sınaqların keçirilməsini nəzərdə tutan avadanlıqla təchiz etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.