Məşhur aktyorla sevişən jurnalistin pis vəziyyətdə qalması, xəyanət və şöhrətpərəstliyin nəticəsi... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (11-ci say) təqdim edir:
Macəra, qorxu, triller, dram janrında çəkilən ən yaxşı kinolar Amerika filmləri olsa da, təəssüf ki, bunu romantik janra aid etmək olmur. Hətta ABŞ-ın romantik hesab edilən filmləri, xüsusən də son bir-iki ildə çəkilənlər türklərin romantik kinolarından da geri qalır. Mümkündür ki, bu, Anadolu türklərinin mentalitetinin bizə müəyyən qədər yaxınlığı ilə əlaqədardır. Türklərin və asiyalıların romantik filmlərində daha çox ülvi hislər aşılansa da, Amerika və Avropa filmlərində xəyanət, fahişəlik aşkar şəkildə təbliğ olunur.
Söhbət tanınmış rejissor Vudi Allenin 83 yaşındaykən ərsəyə gətirdiyi "Nyu-Yorkda yağışlı gün" ( A Rainy Day In New York ) filmindən gedir. Kinoya ad fikirləşməyə əziyyət çəkilmədiyi kimi, uğurlu alınması üçün də əmək sərf olunmayıb. Kinonun çəkilişi üçün 25 milyon dollar pul xərclənib, amma, görünür ki, bu pul daha çox məşhur müğənni Selena Qomezin filmə dəvət olunmasına və çəkilişlər gedən otellərin bağlatdırılmasına sərf olunub. Rejissor zəif ssenarili filminə Selena Qomes vasitəsi ilə diqqət cəlb etmək istəyib.

Kino Arizona ştatında oxuyan qızın Nyu-Yorka müsahibəyə dəvət alıb, bu xəbəri varlı ailənin oğlu olan sevgilisi ilə bölüşməsi ilə başlayır. Nyu-Yorka çatdığı andan etibarən sevgilisinə vaxt ayırmayan, məşhurlarla görüşən, şöhrəstpərəst qız ilk fürsətdə sevgilisinə xəyanət etməyə hazırdır. Filmin əvvəlindən yüngül davranışları ilə diqqət çəkən "Eşli" obrazı onunla bağlı proqnozlaşdırılan nəticəni doğruldur desəm, yanılmaram. Asanlıqla mühitə uyğunlaşan qız içki içir, marixuana çəkir və sevgilisi onun yolunu gözləyərkən məşhur aktyorla sevişir. O, aktyorla yatmazdan əvvəl öz-özünə danışarkən "Bax, Eşli, sənin sevgilin var. Ona xəyanət etmək olmaz, amma ki aktyor da çox məşhur və yaraşıqlıdır" deyərək özünə haqq qazandırmağa da çalışır. Ən maraqlısı da burada baş verir ki, sekslə məşğul olmaq üçün soyunan Eşli aktyorun arvadı tərəfindən tutulmasın deyə alt paltarlarında evdən qaçmalı olur. O, sonradan peşman olaraq sevgilisinin yanına qayıdıb, yalan danışsa da, oğlanı inandıra bilmir. Oğlan isə ona elə yaşadığı həyat tərzinə uyğun cavab verərək xidmətləri qarşılığında "pulunu verib, yola salır". Necə deyərlər, "əli aşından da olur, vəli aşından da...."

Məşhur müğənni Selena Qomes ekran işində epizodik rola çəkilən aktrisa obrazını calandırıb. Bir müddət əvvəl böyrək transplantasiyası edilən Selena rolunun öhdəsindən gəlməyi bacarıb. O, filmin əvvəlində və sonunda baş rol ifaçısı ilə öpüşmə səhnələrinə çəkilib. Selena gözəlliyi ilə digər qadın obrazlarını kölgədə qoyub.

1 saat yarım davam edən filmə Selena Qomesdən başqa, məşhur aktyor Jud Lav da çəkilib. Kino 2017-ci ildə tamamlansa da, 2019-cu ildə ekranlaşdırılıb. Kinonun iMDb xalının aşağı olması, əcnəbi tənqidçilərin film barədə mənfi rəyləri də kinonun uğursuz alındığını sübut edir. Romantika janrıyla əlaqəsi olmayan filmi komediya janrı üçün daha uyğun hesab etmək olar. Ekran işindəki gülməli səhnələrin çoxluğu bunu deməyə əsas verir.
Filmin ssenarisi ilə yanaşı, çəkilişləri də zəif alınıb. Belə ki, bəzi səhnələr həddindən artıq uzundur və yersiz kadrlara yol verilib. Bir evdə olan üç nəfərdən ikisinin ayaqyalın, birinin ayaqqabılı olması rejissorun diqqətsizlik etdiyi xətalardandır.
Oğlanın anasının əvvəllər fahişə olduğunu etiraf etməsi filmin kuliminasiya nöqtələsidir. Ümumiyyətlə, son zamanlar çəkilən filmlərdə qadınlar xəyanət edən, yüngül əxlaqlı insanlar kimi təqdim edildiyi halda, kişilər daha sadiq və "zərərçəkən" tərəf kimi göstərilir. "Nyu-Yorkda yağışlı gün" və başqa romantik kinolardakı kimi... Filmin isə insan psixologiyasına təsiri danılmazdır.
Qeyd edək ki, film bu gündən etibarən "Park Cinema" kinoteatrında nümayiş olunacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)
XƏBƏR LENTİ
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb
-
DTX strateji obyektlərin təhlükəsizliyi sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirəcək
-
Rəqsanə qızı Yağmura qovuşdu - (Video)
-
Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi
-
77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
"Yayın qızmar istisində soğan-sarımsaqla xaş yeyən adamam"
-
“Turan Tovuz” “Fənərbağça” ilə oynayacaq - Rəsmi
-
Korrupsiya barədə məlumat verən şəxsə təzyiq edilməsi qadağan edildi
-
II Opera Günləri çərçivəsində İlham Nəzərovun “Kontratenor” adlı möhtəşəm konserti keçirildi - (Foto)
-
"İnter" 4 məşhur futbolçusunu göndərdi
-
7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Xamenei atasının dəfnində iştirak etməyəcək?
-
Verilişi bağlanan Zaurun yeni görünüşü təəccübləndirdi - (Video)
-
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
-
Bakıda 214 və 214A marşrutlarında gediş haqqı 65 qəpik olacaq
-
"Aysuna, Nəfəsə görə "Ağ Şəhər"dəki evimi sataram" - (Video)
-
Bakıda bazarda modellərin açıq-saçıq fotosessiyası müzakirə yaratdı - (Video)
-
Yeni peşə təhsili ixtisasları yaradıldı - Baş nazirdən qərar
-
Qusarda narkotik vasitələr və psixotrop maddələr yandırılıb
-
Bakının mərkəzindəki yol yararsız hala düşdü
-
Daha 6 itkin-şəhid dəfn ediləcək
-
“Naxçıvan konsertində özümü dünya ulduzu kimi gördüm”
-
Asim Xudiyev UEFA-dan təyinat aldı





