Maraqlı

Qış depressiyası – Ondan necə qurtulaq, araq məlhəmdirmi?

21 Sentyabr 2019 19:03
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış aylarında depressiyasının qarşısını almaq üçün əsas qidalanma rasionuna diqqət etmək lazımdır.

Şəkərin miqdarının yüksək olduğu və rafinə edilmiş, karbohidratlı yeməklərdən uzaq durmaq lazımdır. Çünki həmin qidalar bədəndəki qan şəkərinin miqdarını ani artırır və ya aşağı salır. Bu hal isə yorğunluq, stress və əsəbiliyə yol açır.

Mütəxəssislər bildirir ki, depressiv vəziyyətdə olduğunuz zaman spirtli içkilərdən də istifadə etmək olmaz. Spirtli içkilər belə hallarda yaxşı hiss etdirə bilər, bir müddət sonra vəziyyətin əksinə olma ehtimalı olduqca yüksəkdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, depressiyaya alternativ yollar tapmaq istəyirsinizsə, bunu təbii şəkildə təmin edin.
Qidalanmanıza fikir verin və ilk işə onu düzgün rejimə salmaqla başlayın. Həzm sisteminə yaxşı təsir edən qidalar yeyin.

Depressiyalı olduğunuz zaman heç bir şey etmək istəməyə bilərsiniz, amma çalışın bu haldan özünüzü uzaq tutun.

Sizə ən yaxın və uyumlu olan idman növündən istifadə edin.
Yüksək səslə musiqi dinləməyin, təbiətdə daha çox gəzin və neqativ hallardan uzaq durun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.