Ən qədim şəfa üsullarından biri - Masaj
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Masaj bəlkə də ən qədim şəfa üsuludur və tarixboyu bütün mədəniyyətlərdə ondan istifadə edilib. Yunan alimi Hippokratın "anatrpsis" adlandırdığı bu üsul sonralar ovuşdurma, əllə müalicə və ovma adlandırılıb. Dilimizdə masaj sözü nisbətən yenidir və ərəbcədən tərcümədə "əllə sığallamaq" mənası verir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, qədim Çin, Hindistan və Misir əlyazmalarında masajdan xəstəliklərin qarşısını almaq, sağaltmaq və yaraları yaxşılaşdırmaq məqsədilə istifadə edildiyi öz əksini tapıb. Roma həkimi masaj və məşqlə əlaqədar ən azı on kitab yazıb və onun bir sıra fikirləri indi də öz əhəmiyyətini itirməyib. XVIII və XIX əsrlərdə isveçli Per Henrik Lingin təsiri ilə Avropada masaja rəğbət artıb və onun masaj sistemi Avropa səviyyəsində yayılıb. Ling tibbi gimnastika və masaja böyük əhəmiyyət verib.
Hindistanda analar uşaqlarını masaj edər və sonra da onlardan eyni hərəkətləri valideynləri üzərində təkrar etməsini tələb edərdilər. XIX əsrin axırlarında masajdan məşhur tibbi müalicə üsulu kimi cərrah və həkimlər tez-tez istifadə etməyə başlayıblar. 1894-cü ildə Londonda səkkiz qadının təşəbbüsü ilə Təhsilli Masajçı Dərnəyi yaradılıb və onlar Fiziki Müalicə Dərnəyi adlanan şəfa mərkəzinin qurucuları hesab olunurlar.
Ölkəmizdə masajın özünəməxsus tarixçəsi var, hələ keçmişdə hamamlarda kisə çəkməklə badəni yumşaldır və soyuqdəymə zamanı kürəyi ovmaq və ayaqlamaqla xəstəliyin qarşısını alardılar. O vaxt kortəbii şəkildə aparılan masaj müasir dövrdə daha geniş yayılıb.
Masaj sağlamlığa faydalı təsir göstərir, qan dövranını nizamlayır, əzələləri boşaldır, həzmə kömək edir. Onun faydası yalnız masaj edilən tərəfindən deyil, həm də masajçı tərəfindən də hiss olunur. Əlləri bədən üzərində gəzdirmək həm masaj edən, həm də edilən üçün rahatlaşdırıcı təsir göstərir.
Təbabətdə iki cür masaj aparılır: yüngül və güclü masaj. Yüngül masajın təsiri nəticəsində beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra yatmaq meyili oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və tamamilə çəkilməsinə səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir, orqanizmin möhkəmlənməsinə səbəb olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





