Maraqlı

Aşura, ya Qarabağ?

16 Sentyabr 2019 08:46
17 Şərh     Baxış: 1 329

Aşura gününün qeyd olunmasının məqsədəuyğunluğu, son bir neçə ildə olduğu kimi, bu il də ciddi ictimai müzakirələrə səbəb oldu.

Bu günün əleyhinə çıxaraq onu "bidət", "şirk", "günah" ünvanı ilə "baltayan" vəhabiləri kənara qoyuram, əsas məqsədim bu günü "gerilik", "cahillik" adlandıranlar və ən əsası da ciddi-cəhlə Aşuranı, Aşura şəhidlərini Qarabağ və Qarabağ şəhidləri ilə qarşı-qarşıya qoymaq istəyənlərdir.

"Aşura şəhidlərini bu cür geniş xatırlamaqdansa Qarabağ şəhidlərini yad edib ağlasınlar" ifadəsi, Aşuraya qarşı kampaniyanın əsas trendlərindən biridir. Amma bu ifadə həqiqəti əks etdirirmi və ümumən, səmimidrmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, Aşuranın qeyd olunması tarix boyu qəhrəmanlığa, barışmazlığa, dönməzliyə çağırış, haqsız zülm ounana dəstək və təslimçiliyə qarşı barışmazlıq ifadə edib və şüarı da bu olub.

Qarabağla bağlı dövlətin mərkəzi və yerli icra orqanlarına, təhsil müəssisələrinə, hərbi hissələrə, dövlət KİV-lərinə yazılı plan şəklində göstərişlər göndərərək, milyonlar xərcləyərək hərbi-vətənpərvərlik təbliğatının aparması haqda çağırış və təlimatlarının başqa məqsədi varmı?? Məqsəd elə yeniyetmələr, gənclər və cəmiyyətin bütün təbəqələri arasında torpaqlarımızı işğal etmiş və hələ də işğalda saxlayan düşmənlərə qarşı barışmazlıq, bu torpaqları azad etmək iradəsində dönməzlik, bu yolda qəhrəmanlıq hissi aşılamaq, haqsız qətl və zülm olunmuş həmvətənlərimizin intiqamının hələ də alınmamasını yada salmaq, təslimliçik ruhuna yol verməmək deyilmi? Əgər bütün bunlar elə yüz minlərlə, milyonlarla insanın iştirak etdiyi Aşura günü mərasimlərində, demək olar, bütün məscid və məclislərdə dəfələrlə xatırlanır və yada salınırsa, bu elə Qarabağla bağlı aparılan hərbi-vətənpərvərlik təbliğatının bir parçası, hətta, deyərdim, onların arasında ən effektivi deyilmi?

Bu il dini icmalarımızdan biri həm Kərbəlaya səfər zamanı şəhidlərimizin xatırlanması və yada salınması üzrə unikal aksiya keçirdi və bunu sosial şəbəkələrdə yüz minlərlə adam müşahidə edə bildi, həm də məscidin bir guşəsini ümumən şəhidlərə həsr olunmuş stendlə bəzədi. Bunu da, güman edirəm, kifayət qədər adam gördü. Amma iş tək bir icma ilə məhdudlaşmır, tam əminliklə deyirəm, istər Aşura günü, istərsə də Məhərrəmliyin ilk günündən keçirilən digər mərasimlərdə Qarabağ, Qarabağ şəhidləri və torpaqlarımızın azad edilməsi zərurəti dini inancın bir tələbi kimi xatırlanmayan heç bir məclis olmayıb. Buna görə həm QMİ rəhbərliyinə, həm də o məclisləri idarə edən bütün din xadimlərinə təşəkkür borcumuz var. Əgər Qarabağ mövzusunda səmimiyiksə..

İkincisi, gələk bu təbliğatın əməli hissəsinə. Dəfələrlə təkrar olunmuş mövzu olsa da deməyə məcburam. Son illərdə qəhrəmanlıq, dönməzlik və Qarabağın işğalı ilə barışmazlıq simvolu kimi qəbul etdiyimiz Milli Qəhrəman, şəhid Mübariz İbrahimov. Onun məktubunu oxumayan adam, yəqin ki, qalmayıb. Ailəsinin müsahibələrini görməyən də. Bütün bunları oxuyub, görüb, sonra yenə Aşuranı Qarabağla üzbəüz qoymağa cəhd edən adamın səmimiyyətinə heç cür inana bilmərəm. O, artıq, qərəzdir. Şəhidliyə gedən yolunu son məktubu ilə izah edən bu ADAM həmin məktubda motivini açıq göstərib.

Digər tərəfdən, Aşuranı Qarabağla üzbəüz qoymazdan əvvəl sosial şəbəkələrdə azacıq axtarış aparsaz, nə qəqər şəhidimizin əvvəllər məhz Aşura məclislərində iştirak etdiyini də görə bilərsiz. Bu, onlara Qarabağda şəhid olmağa nəinki mane olmadı, hətta bəlkə stimul da verdi. İddia etmirəm ki, bütün şəhidlər bu təbliğatdan ruhlanıblar. Xeyir. Vətənpərvər olmaq, Vətən namusu və qeyrətinə sahib olmaq üçün mütləq Aşura təbliğatına məruz qalmağa ehtiyac yoxdur. Düzgün ailə, mühit, cəmiyyət tərbiyəsi də kifayət edir. Amma düzgün dini inanc və Aşura mərasimləri bu işə heç bir vəchlə mane olmur axı, əksinə daha çox dəstək verir.

Və sonda Məhərrəmliyi "gerilik" kimi təqdim edənlərə bir daha klassiklərimizi, maarifçilərimizi, ilk respublika ideoloqlarımızı Fizuli, Nəsimi, Xətaidən tutmuş Natavan, Sabir, Şirvani, Bakıxanov, Rəsulzadəyədək bir daha vərəqləməyə, Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında mövcud olmuş digər respublikamızın sənədlərinə baxmağa dəvət edirəm. Məhərrəmliyə sayğı, onun dəyərlərinə bağlılıq bu şəxslərin dünyagörüşünün tərkib hissələrindən olub və bu dünyagörüş bizim milləti geriyə yox, irəliyə aparıb, bizə dəyər verdirib, adımızı tarixə yazdırıb.

Məhərrəmlik və Aşura ilə mübarizə isə bizə Stalin dövrü 30-cu illər NKVD-sinin və "İslamın saflığı uğrunda" mübarizə aparan müasir "İŞİD" və "Əl-Qaedə"çilərin ərməğanıdır.

Milli.Az

loading...

Şərh yaz:

17 Şərh:

  • Anonim
    ALEKS❤ · 16 Sentyabr 09:43136

    Əhsən....islam düşmənlərinə,aşuranı gözdən salmaq istəyənlərə....elə bu saytdakı vəhabi,ateist,şərhçilərə tutarlı cavab.Aşura bir qəhrəmanlıq məktəbidi.Şəhidlərimiz o məktəbin elmindən bəhrələnənlərdi.Allah hamısına rəhmət eləsin.

    Cavab yaz
    • Anonim
      hacı · 16 Sentyabr 10:4726

      Qarışdırırsan, özün də bilmədən.

      Cavab yaz
    • Anonim
      Sade insan · 16 Sentyabr 10:56102

      Aleks qardaş , bu videonu görmuşəm.Şəhid analarimizdan biri bu oglanin köynəyində oglunun şəklıni görüb butun ziyaret vaxti opub.Təsirlı videodur və ŞƏHİD ANALARİMİZ ASURAYA qiymət verirkən başqalarinin deyinməyinə yer yoxdur.ASURA igidlık məktəbidir ki Mubariz'kimi qəhrəmanlar yetişdirib.

      Cavab yaz
  • Anonim
    Bakili · 16 Sentyabr 10:24812

    Qehramannix mektebinde bas gozu yarib suven salmirlar ala 1400ildu dunyanu ozuvuze guldurursuz

    Cavab yaz
    • Anonim
      Tərlan · 16 Sentyabr 10:4578

      Razıyam... Öz atasının, anasının, əzizinin öldüyü günü bilmədikləri kimi, əzlərini niyə şaqqaladıqlarını da dəqiq bilmirlər. Bi islam deyil, fanatizmdir. İslam dini yarananda "ŞİƏ" yox idi. "Qızılbaş" yox idi.

      Cavab yaz
      • Anonim
        Tərlana · 16 Sentyabr 10:5872

        Amma vahabi var idi?

        Cavab yaz
        • Anonim
          Tərlan · 16 Sentyabr 11:0746

          Vahabi də yox idi. Kəlmeyi- şəhadətdə də əlavələr yox idi. (Əlinin adı buraya sonradan əlavə edilib)

          Cavab yaz
          • Anonim
            Tərlana · 17 Sentyabr 10:5110

            Əlınin adi Lovhi məhfuzdadi.

            Cavab yaz
  • Anonim
    Eldəniz · 16 Sentyabr 11:0780

    Qarabaği almaq isteyirikse İmam Hüseyn (e.s)kimi zülmə haqsızlığa serefsizlere və serefsizliye qarşı döyüşmək iyul.Nece ki,Seyyid Mübariz İbrahimov bunu sübut elədi ....

    Cavab yaz
  • Anonim
    Yazdim · 16 Sentyabr 11:4415

    ALLAH RƏSULUNUN(SAV) DÜNYASINI DƏYİŞDİYİ GÜNÜ BİLMƏYƏNLƏR,HƏMİN AYI TOY EDƏNLƏR,NİYƏ PEYĞƏMBƏRİN NƏVƏLƏRİNƏ BU CÜR YAS TUTUR. AXI ALLAHIN(SVT) PEYĞƏMBƏRİNİN(SAV) DÜNYASINI DƏYİŞMƏSİ İSLAM DİNİ ÜÇÜN DAA SARSIDICIDIR NƏYİNKİ NƏVƏLƏRİNİN. ÜSTƏLİK HƏSƏN(RA) HÜSEYİN(RA) ONLAR CƏNNƏTDƏDİRLƏR. ƏKSİNƏ ƏN GÖZƏL NEMƏT İÇİNDƏDİRLƏR. VƏ HƏMÇİNİN,MİŞARLA İKİYƏ BÖLÜNƏN PEYĞƏMBƏR BELƏ OLUB.ONDAN SONRA GƏLƏN HANSI PEYĞƏMBƏR ONUN ÜÇÜN YAS SAXLAYIB? NƏYSƏ İSLAM DİNİNİ ÖYRƏNMƏDƏN YAŞAMAĞA ÇALIŞANLAR,ŞEYTANIN İŞİNƏ KÖMƏK EDİR.

    Cavab yaz
    • Anonim
      V.M · 16 Sentyabr 12:1872

      ola biler sen prygemberin movlud günün şəhadət günün bilmirsən ama imam Hüseynə yas tutanlar nəinki Peygemberin bütün əhli beytin şəhadət günündə mövlud günündə bilir.biz peygemberində movlud günün şəhadət günün çox yaxşı biliriy və qeyddə ediriy.siz bilmirsizsə bunu hamiya aid eləmiyin

      Cavab yaz
      • Anonim
        Yazdim · 16 Sentyabr 13:0904

        Peygembere(sav), Ehli beytine(ra) oturub durub aglamaqla cennet elde olunmayacaq. Cenneti elde etmek isteyen,Allahin(svt) dinini yashamalidir. Peygemberin(sav) Və Ehli beytinin(ra) yashadigi Islami yashamalidi. Ged onlarin yashadigi dini Oyren.

        Cavab yaz
        • Anonim
          V.M · 16 Sentyabr 14:3122

          hə sən diyəndi

          Cavab yaz
  • Anonim
    1988Jale · 16 Sentyabr 12:2852

    Her yer Aşura hər yer Kərbəla

    Cavab yaz
  • Anonim
    1988Jale · 16 Sentyabr 12:3061

    Her gün Aşura hər yer Kərbəla

    Cavab yaz
  • Anonim
    1988Jale · 16 Sentyabr 12:3180

    Qarabağı qaytarmaq lazım deyile , Qarabağ yerindədi.Qarabaga qayıtmaq lazımdır.Vessalam.

    Cavab yaz
  • Anonim
    1988Jale · 16 Sentyabr 12:3170

    Allah cemi şehidlere rehmet elesin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.