Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sakit okean sularının istilik dalğası-2019": alimlər aşkar edilmiş anomaliyanı belə adlandırıblar. Anomaliya Şimali Alyaskadan başlamış Cənubi Kaliforniyayadək uzanan ərazidə müşahidə olunub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin ərazidə suyun temperaturu təhlükəli səviyyəyə qədər yüksəlib. Bəzi yerlərdə suyun temperaturu normadan 6 dərəcə yüksək olub. Ekspertlər həyəcan təbili çalırlar: suyun istiləşməsi davam etsə, fəlakət baş verə bilər.
Artıq vəziyyət elə bir böhranlı səviyyəyə çatıb ki, anomaliya bütün qərb sahilboyu ərazi boyunca dəniz faunasının kökünün kəsilməsinə və balıqçılığın məhv olmasına gətirib çıxara bilər. Söhbət həmin ərazidə qızılbalıq populyasiyasının məhv olmasından gedir. Əgər suyun temperaturu uzun müddət 20 dərəcə səviyyəsində olsa, cavan qızılbalıqların sağlamlığına mənfi təsir göstərəcək və onların balaları kürü tökmək üçün yer tapa bilməyəcək. Temperaturun 22,8 dərəcəyə qədər yüksəlməsi isə balıqlar üçün ölümcül haldır.
Alimlər "qatil damcı" adlandırılmış oxşar anomaliyanı 2014-cü ildə müşahidə ediblər. O dövrdə məhdud ərazidə temperaturun orta hesabla 7 dərəcə yüksəlməsi yüz milyonlarla dəniz heyvanının məhvinə gətirib çıxarmışdı. Alimlər bildirirlər ki, əgər vəziyyət analojidirsə, onda bu hal müvəqqətidir. Ancaq artıq məlumdur ki, anomaliya 5 il əvvəl olduğu kimi güclü təsir göstərəcək.
Kaliforniyada yerləşən NOAA elmi mərkəzinin mütəxəssisi Neyt Mantua deyib: "Adətən okean temperaturunun bu dərəcədə güclü dəyişməsi üçün xeyli vaxt tələb olunur, lakin indiki halda biz radikal temperatur dəyişmələrini cəmi 3 ay ərzində müşahidə etdik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





