İbn Zübeyr necə şəxs olub?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
bn Zübeyr necə şəxs olub? Bəziləri onun Yezidə qarşı qiyam qaldırdığını əsas gətirərək müsbət şəxs olduğunu söyləyirlər.
Abdullah ibn Zübeyrin atası əhli-sünnə rəvayətlərində Peyğəmbər (s) tərəfindən cənnətlə müjdələndiyi söylənilən səhabə Zübeyr ibn Avvam, anası birinci xəlifə Əbu Bəkrin qızı Əsmadır. Hicrətdən 20 ay sonra doğulmuşdur (miladi 624-cü il).
Abdullah Ömər ibn Xəttabın zamanından savaşlara qatılmış, Şam, Afrika, Xorasan fəthərində iştirak etmişdi.
Milli.Az islam.az-a istinadən bildirir ki, Cəməl savaşında Abdullah atası Zübeyrlə eyni cəbhədə vuruşurdu. O, Həzrət Əliyə (ə) hədsiz nifrət bəsləyirdi. Hətta Zübeyr döyüşdən yayınmaq istədikdə, Abdullah onu danladı və qorxaqlıqda təqsirləndirdi.
Müaviyənin vəfatından sonra Abdullah Yezidə beyət etmədi və yaranmış qarışıqlıqdan istifadə edib Məkkəni öz ixtiyarı altına aldı. İmam Hüseynin (ə) şəhadətindən sonra Yeziddən narazı olan qüvvələr ona beyət etdilər. Yezid Məkkəyə qoşun yeritsə də, onun ölümü bu yürüşü yarımçıq saxladı. Bu yürüş zamanı Məkkənin üzərinə mancanaqlardan daşlar yağdırıldı, Kəbə evi dağıldı.
Ərəbistan, Yəmən, İraq, Xorasan əhalisi Abdullaha beyət etmişdi. Hətta Şam və Misir torpaqlarının bir hssəsi də ona tabe idi.
Abdullah ibn Zübeyr öz qardaşı Müsəbi Muxtar Səqəfinin üzərinə göndərdi və Müsəb Muxtarı məğlub edib şəhadətə çatdırdı.
Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan miladi 691-ci ildə Kufə valisi Həccacı 12 min nəfərlik ordu ilə Abdullahın üzərinə göndərdi. Həccac Müsəbin ordusunu darmadağın edib Məkkəni mühasirəyə aldı. Bir neçə ay davam etmiş mühasirədən sonra Abdullahın tərəfdarları zəiflədilər. Abdullah ibn Zübeyr ölümcül yaralandı. Həccacın əsgərləri şəhərə soxuldular. Abdullahın cəsədi ələ keçirilib dar ağacından asıldı (hicri 73-cü, miladi 692-ci il).
Abdullah ibn Zübeyr mahir siyasətçi idi, öz məqsədinə çatmaq üçün ən müxtəlif üsullardan istifadə etməyi bacarırdı. Əhli-beytə qarşı mənfi münasibətdə olduğuna görə şiə mənbələrində məzəmmət edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
XƏBƏR LENTİ
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Bakı Konqres Mərkəzində tüstülənmə: FHN hərəkətə keçdi - (Video)
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)





