Maraqlı

Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi?

7 Sentyabr 2019 21:45
10 Şərh     Baxış: 5 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məhərrəm və səfər ayları hüzn və kədər aylarıdır. Bu aylar boyunca qadınların bəzəkdən istifadə etmələri qadağan olmasa da, arzuedilməzdir. Yaxşı olar ki, qadınlar imkan daxilində bu aylar boyunca zinət vasitələrindən istifadə etməsinlər. Məhərrəmlik ərzində özünü naməhrəmlərə gözəl göstərmək, eləcə də, şadlıq məclislərində iştirak etmək məqsədilə bəzənmək günahdır və qadağandır.

Milli.Az islam.az-a istinadən bildirir ki, göründüyü kimi, bu məsələ niyyətə bağlıdır. Günah işlərə müqəddimə olan və şərait yaradan əməllər də eyni dərəcədə günahdır. Amma qadın adi gündəlik həyatda olduğu kimi, normal təmizlik və səliqə qaydalarına riayət etsə, öz ərindən ötrü bəzənsə, bunun günahı yoxdur inşallah. Hər bir halda, aşura, İmamın üçü, qırxı kimi hüznlü günlərdə bəzək işlərindən çəkinmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.