Maraqlı

Məşhur cizgi filmlərinin yaradıcısı vəfat etdi - FOTO

31 Avqust 2019 20:24
Baxış: 1 029
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

90-cı illərin məşhur Amerika cizgi filmlərinin yaradıcısı, ssenarist Qordon Bressak ABŞ-da dünyasını dəyişib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 68 yaşında Los-Anceles şəhərində vəfat edib.

Bressakın ölüm xəbərini oğlu Ceyms Kallen Bressak sosial şəbəkə hesabında verib. O, atasına onda hekayə və filmlərə yaratdığı sevgiyə görə minnətdarlığını bildirib.

Amerika KİV yazır ki, multiplikator uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Qordon Bressak üç dəfə "Emmi" mükafatına layiq görülüb. O, "Pinki və Breyn", "Qara Plaş", "Cimmi Neytronun macəraları", "Smurfiklər", "Qüdrətli Maks" və s. məşhur cizgi filmlərinin ssenari müəlliflərindən biri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.