Maraqlı

Cerard Batler "Bu Spartadır!" frazasının yaranması tarixçəsini bölüşüb

31 Avqust 2019 05:30
0 Şərh     Baxış: 1 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ aktyoru Cerard Batler "300 spartalı" filmində sonralar memə çevrilmiş məşhur "Bu Spartadır!" frazasının necə yaranmasından danışıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Batler bildirib ki, ucadan deyilmiş bu sözlər onun improvizasiyası olub. Filmin rejissoru Zak Snayderin düşüncəsinə görə, Batlerin ifa etdiyi personaj - çar Leonid bu sözləri öz-özünə deməli idi. Aktyorun sözlərinə görə, dublların birində o, bu sözləri haray çəkərək deyib.

Batler etiraf edir ki, çəkiliş qrupundan heç kəs bunu gözləmirdi. Zak Snayder filmin final versiyasına məhz bu dublu daxil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.