Maraqlı

Otellərdə hansı pulsuz xidmətlərdən istifadə etmək olar?

23 Avqust 2019 23:25
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlavə ödənişli xidmətlərlə yanaşı, bir çox otellərdə müsafirlərin bilmədiyi pulsuz xidmətlər də mövcuddur.

Milli.Az AZƏRTAC-a istinadən mehmanxanaların əksəriyyətində təqdim olunan pulsuz xidmətlərin siyahısını sizə təqdim edir.

1.Xidmət səviyyəsinin artırılması

Otelə daxil olduğunuzda sizə yüksək kateqoriyalı otaq verilməsi üçün əməkdaşlara müraciət etməkdən çəkinməyin. Bu cür xahişin sizə heç bir zərəri olmayacaq və müəyyən şəraitlərdə daha geniş otaq əldə edə bilər və əlavə güzəştlər, hətta hədiyyələr də qazana bilərsiniz. Yeri gəlmişkən, küncdə yerləşən otaqlar adətən sahəsinə görə daha böyük olur. Siz təəccüblənəksiniz ki, otel personalı xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı xahişinizə müsbət cavab verir.

Başlıca nəticə isə bundan ibarətdir ki, siz oteldə özünüzü daha rahat hiss edəcək və müəyyən bonuslar, habelə hədiyyələr əldə etməklə evdə unutduğunuz əşyalarla bağlı stress də keçirməyəcəksiniz.

2.Tikiş üçün əşyalar

Turistlər səyahət üçün özləri ilə məhdud sayda paltar götürürlər. Bu səbəbdən sizin geyiminizlə bağlı hər hansı problem, xüsusən onların korlanması əlavə problemlər yarada və istirahətinizi korlaya bilər. Əgər düyməniz qopubsa, sadəcə qeydiyyat otağına müraciət etməyiniz kifayətdir. Orada sizə pulsuz olaraq iynə və sap verəcəklər. Artıq bir neçə dəqiqdən sonra sizi narahat edən problemdən qurtulacaqsınız. Bundan başqa, paltar təmiri üçün iynə-sap bir çox mehmanxanaların otaqlarında rəflərə qoyulur

3.Baqajın saxlanması xidmətləri

Turistlər çox vaxt otel nömrəsini günortaya qədər boşaldır, lakin aeroporta axşama yaxın yollanırlar. Bir çoxları bu müddət ərzində şəhəri gəzir, nahar edir, boş vaxtını dəniz kənarında və ya görməli məkanlarda keçirirlər. Amma çamadanlar və digər əl yükləri onların vaxtını və fiziki gücünü alır. Otellərin bir çoxu öz müştərilərinə öz baqajlarını xüsusi saxlama otaqlarında yerləşdirməyə şərait yaradır. Əgər sizin aeroporta transferə qədər kifayət qədər vaxtınız varsa, o zaman bu xidmətlərdən istifadə etməlisiniz.

4.Xəritə

Tanımadığınız şəhərdə istədiyiniz yerləri tapmaq sizin üçün çətin olacaq. Bir çox mobil cihazlar bunun öhdəsindən yaxşı gəlir. Lakin bəzən internet olmur və bu səbəbdən istiqaməti müəyyən etmək çətinləşir. Bu səbəbdən turistlər klassik kağız xəritədən istifadə etməli olurlar. Onları otellərin resepsionunda əldə etmək olar. Bundan başqa, otel əməkdaşları da xəritəyə baxaraq sizə görməli məkanların yerlərini göstərə bilərlər.

5.Otelə transfer

Oteldə otaq sifariş etdiyinizdə sizə pulsuz transfer imkanlarını da öyrənmək məsləhət görülür. Sizin mehmanxananın ulduzları nə qədər çox olarsa, sifariş vaxtı bu xidmətdən istifadə etmək ehtimalı da daha yüksək olacaq. Pulsuz transfer vaxtınıza qənaət etmək və tanış olmayan şəhərdə mehmanxanaya necə getmək barədə sizin narahatlığınıza və əsəb gərginliyinə son qoyacaq.

6.Çətir

Turistlər çox nadir hallarda özləri ilə səyahətə çətir götürürlər. Amma turizm məkanlarının çoxunda tez-tez yağışlar yağır. Bu məsələdə heç də otellərin hamısı sizə kömək etməyəcək, amma resepsiona yaxınlaşaraq xahiş etmənizdə fayda var.

7.Şarj aləti

Bu gün hər bir turistin üzərində mobil telefon olduğunu nəzərə aldıqda, onun üçün şarj alətini unutmamaq da çox mühümdür. Təəssüf ki, səyahətdən əvvəl öz əşyalarını toplayanlar bəzən bunu unudurlar. Otellərdə, hətta üçulduzlu mehmanxanalarda resepsionlardan bu aləti xahiş edə bilərsiniz. Telefonunuzun işlək vəziyyətdə olması sizə internetə çıxış üçün də faydalı olacaq.

8.Elektrik cihazları üçün keçiricilər

Uzun məsafəyə səyahət zamanı turistlər özlərinin elektrik cihazlarının yerli rozetkalara uyğun gəlmədiyi və elektrik şəbəkəsində gərginliyin 220 Volt deyil, 110 Volt olması halları ilə rastlaşırlar. Təəssüf ki, bu cür hallarda xüsusi keçiricilər və adapterlər lazım olur. Bir sıra otellər bu cür cihazlara malikdir və onları başqa ölkələrdən gəlmiş səyahətçilərə məmnuniyyətlə təqdim edirlər.

9.Əlavə sabun və digər gigiyena vasitələri

Əlbəttə, otellərin hamısında sabun mövcuddur. Həmçinin, sizin üçün duş geli və ya saç üçün kondisioner çatışmadıqda belə, cəsarətlə resepsiona müraciət edə bilərsiniz. Yeri gəlmişkən, kiçik qablarda olan sabunlar sizə gələcək səyahətinizdə, xüsusən təyyarədə əl baqajı ilə uçduğunuz vaxt lazım ola bilər. Otellərdə digər gigiyena vasitələrini də - diş pastası, dezodorant, üz qırxan, hətta kosmetikanı da pulsuz əldə etmək olar. Bu əşyaları turistlər çox vaxt evdə unudurlar, ona görə də hər ehtimala qarşı otellər onları müsafirlərinə təklif edirlər.

10.Avtomobili otelin yaxınlığında park etmək

Bir çox səyahətçilər kirayə avtomobil götürür, yaxud otelə şəxsi nəqliyyat vasitəsi ilə gəlirlər. Bu, sərfəlidir. Çünki şəxsi avtomobilinizlə siz ətrafı daha yaxşı öyrənə, habelə turistlərin kütləvi ekskursiya etmədiyi guşələrə yollana bilərsiniz. Tez-tez avtomobili harada park etməklə bağlı problem yaranır. Adətən, otellərin yaxınlığındakı park yerləri ödənişli olur. Lakin mehmanxananın ərazisində bu xidmətdən pulsuz istifadə etmək olar. Hərçənd, bir sıra xarici ölkələrdə bu praktikadan az istifadə olunur. Amma otellərə müraciət etməklə bu problemi həll edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.