Porsche şirkəti Type 64 modelini markanın ilk avtomobili saymır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Porsche şirkəti Sotheby's hərrac evi tərəfindən satışa çıxarılmış Type 64 sportkarının "Porsche markasının ilk avtomobili" adlandırılmasının əleyhinə çıxıb. İş ondadır ki, bu avtomobil Ferdinand Porşe tərəfindən 1939-cu ildə Volkswagen şirkətinin sifarişi ilə KdF-Wagen "Böçək" modelinin aqreqatlarında inşa edilib. Porsche markası isə, 1948-ci ildə yaradılıb.
Type 64 müharibə ucbatından baş tutmayan Berlin-Roma yarışında iştirak etməli idi. 1500 kilometrlik yürüş marşrutu sürətli alman avtobanlarının özünəməxsus reklamı, həmçinin KdF-Wagen modelinin bazar debütünün bayram edilməsinin bir hissəsi olmalı idi. O zaman, hökumətə məxsus olan Volkswagen şirkəti "Böcək" modelinin üç yarış versiyasını sifariş edib. Avtomobil zavoddaxili Type 64 adını almış və bir neçə ildən sonra Porsche 356 modelini yaradacaq mühəndislər qrupu tərəfindən işlənib-hazırlanmışdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddət sonra, Type 64 modellərindən biri Porşe ailəsinin mülkiyyətinə keçib. 1946-cı ildə alman konstruktor şəxsən öz adı olan yazını avtomobilin üzərində bərkidib. Sabah keçiriləcək hərracda məhz bu avtomobil satışa çıxarılacaqdır. Lotun təxmini qiyməti 20 milyon dollar təşkil edir.
CNBC kanalına müsahibə verən Porsche tarixi arxivinin rəhbəri Frenk Yunq Type 64 modelini "markanın ilk avtomobili" adlandırmağın düzgün olmadığını qeyd edib. O, 1939-cu ildə Porsche brendinin mövcud olmadığını və bu markanın ilk avtomobilinin 1948-ci ildə işıq üzü görmüş 356 rodsterinin olduğunu bildirib. Hazırda bu avtomobil Ştutqartdakı muzeydə nümayiş etdirilir.
Sotheby's RM nümayəndələri də ehtiyatla davranaraq, avtomobili "üzərində Porsche yazısı olan ən köhnə avtomobil" adlandırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Conidən evli olması xəbərinə reaksiya
XƏBƏR LENTİ
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi





