Turist qadının döyüldüyü kurortu bağlayıblar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dominikan Respublikasında amerikalı turist qadının fiziki zorakılığa məruz qaldığı kurortu müvəqqəti olaraq bağlayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Delaver ştatının 51 yaşlı sakini Temmi Lourens-Deyli naməlum şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib. O, öz fotoşəkillərini sosial şəbəkələrdə yerləşdirib. ABŞ-a qayıdan turist qadın bildirib ki, onu döyən şəxs otelin əməkdaşı olub.
Bu hadisədən sonra məlum olub ki, Dominikan Respublikasının kurortlarında 10-dan çox amerikalı turist həyatını itirib və bu səbəbdən Şimali Amerikadan bu ölkəyə turist axını xeyli azalıb.
Amerikalı turistin döyüldüyü Punta-Kane şəhərindəki Majestik Resorts kurortunun administrasiyası bəyan edib ki, KİV-lərdə ABŞ-dan gələn turistlərin ölümü və ya ağır bədən xəsarətləri alması haqqında çıxan xəbərlərdən sonra onlar minlərlə müsafirdən məhrum olublar. Turistlər mindən çox otel sifarişini ləğv edib və kurortlar demək olar ki, boş qalıb. Nəticədə kurortu müvəqqəti bağlamaq lazım gəlib. Bu turizm məkanı avqustun 15-də bağlanacaq və noyabrın 7-də yenidən fəaliyyətə başlayacaq.
Eyni zamanda, iyul ayında zərərçəkmiş Lorens-Deyli kurortun əleyhinə iddia qaldıraraq aldığı xəsarətlə bağlı 3 milyon dollar təzminat tələb edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
2 trilyon dollarlıq sual: SpaceX real biznesdir, yoxsa?
-
Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir
-
İcbari avtosığorta ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Azərbaycanda "Piyadalar, diqqətli olun!" həftəliyi başladı
-
Yasamal və Nəsimi rayonlarında qaz kəsiləcək
-
Neftin qiyməti ucuzlaşdı
-
Paytaxtın 9 küçəsində tıxac var
-
93 yaşlı məşhur aktrisanın cavanlıq sirri - FOTO
-
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
-
Bənövşəyi velvet tortunun hazırlanması
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat





