Maraqlı

"İnsanlar mənim milyonlar qazandığımı düşünür, amma..." - Mia Xəlifə

13 Avqust 2019 13:55
2 Şərh     Baxış: 3 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnsanlar mənim porno videolarıma görə milyonlar qazandığımı düşünür. Amma, bu düzgün deyil"

Milli.Az New York Post-a istinadla xəbər verir ki, bu sözləri keçmiş porno ulduz Mia Xəlifə müsahibəsi zamanı söyləyib.

Şəxsi Tvitter hesabında müsahibənin linkini paylaşan pornoulduz əxlaqsız videolara çəkilməyinə peşman olduğunu bildirib. Onun dediyinə görə, porno videolara çəkildiyi illər ərzində cəmi 12 min dollar pul qazana bilib.

Əslən livanlı olan Mia Xəlifə porno sahəsini tərk etdikdən sonra normal iş tapmağın çətin olduğunu söyləyib.

"İnsanlar mənim porno videolarıma görə milyonlar qazandığımı düşünür. Amma, bu düzgün deyil. Mən cəmi 12 min dollar pul qazana bilmişəm. Bundan başqa əlimə bir qəpik belə keçməyib. Bu sahəni tərk etdikdən sonra da normal iş tapa bilmirəm", - 26 yaşlı Mia müsahibəsində deyib.

Qeyd edək ki, o, porno videolara çəkilməyi illərdir dayandırsa da adı ən çox axtarılan pornoulduzlar siyahısında 2-ci yerdədir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.