Maraqlı

Tarantinonun qəhrəmanları “Park Cinema Metropark”da “canlandılar" - VİDEO - FOTO

13 Avqust 2019 10:49
0 Şərh     Baxış: 450

Kult rejissor Kventin Tarantinonun doqquzuncu filminin xüsusi nümayişi cümə günü "Park Cinema Metropark"da keçirilib.

Milli.Az bildirir ki, nümayişin təşkilatçıları tərəfindən yaradılmış möhtəşəm mühit, Tarantinonun beş filminin qəhrəmanlarının canlandırılması heç bir qonağı, eyni zamanda Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, prodüser və şoumen Murad Dadaşov, bloqqer Taleh Yüzbəyov, aparıcılar Hüsniyyə Məhərrəmova, Könül Arifqızı, prodüser Zəhra Bədəlbəyli, aktrisa Dəniz Tacəddin, idman şərhçiləri Şəmsəddin Abbasov və Rüstəm Əfsərli, rejissor Teymur Hacıyev kimi "ulduzları" da laqeyd qoymayıb.

Park Cinema Şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev deyib ki, bu nümayişin keçirilməsi üzrə onlar tərəfindən dəqiq və son dərəcə incə iş aparılıb: "Biz məşqlər keçirirdik və aktyorlardna hər birinin çıxışı barədə düşünürdük, filmlərdən hər biri üçün stend hazırlayırdıq". Ümid edirik ki, Kventin Tarantinonun pərəstişkarları onun yeni əsərini qiymətləndirəcəklər". 

Qeyd edək ki, "Bir dəfə Hollivud"da filminə IMAX formatında yalnız "Park Cinema" baxmaq mümkündür. 

Həmçinin Rüstəm Fətəliyevin sözlərinə görə yaxın vaxtlarda "Park Cinema Park Bulvar" kinoteatrında səkkizinci zalın açılışı gözlənilir. "Bu, uşaqlar üçün nəzərdə tutulmuş zal olacaq. Zalın açılışı dəqiq tarixi barədə yaxın vaxtlarda məlumat verəcəyik" - Rüstəm Fətəliyev belə deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.