Maraqlı

Alla Puqaçova ölüb? - "Vida mərasimi"ndən FOTO

9 Avqust 2019 09:07
4 Şərh     Baxış: 17 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ xalq artisti Alla Puqaçovanın ölüm xəbəri yayılıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir neçə dəfə ölüm xəbəri yayılan əfsanəvi müğənninin dəfn mərasimindən olduğu iddia edilən fotolar sosial şəbəkədə paylaşılıb. Fotolardan birində Puqaçovanın əri Maksim Qalkinin də yer alması yayılan xəbərləri daha inandırıcı edib. Maraqlıdır ki, nə Alla Puqaçova, nə də Qalkinə yaxın şəxslərdən heç kim yayılan xəbərləri təkzib etməyib.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, Alla Borisovna cəmi bir gün əvvəl "İnstagram"da şəxsi hesab açıbmış. Ancaq bəzi fanatlar iddia edirlər ki, bu hesab saxtadır və o, həqiqətən ölüb. Hələlik Puqaçovanın ölüb-ölmədiyi barədə heç bir rəsmi açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.