Pol Makkartni müzikl üzərində çalışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əfsanəvi "The Beatles" rok-qrupunun keçmiş üzvü Pol Makkartni öz karyerasında ilk dəfə "Bu gözəl həyat" adlı müzikl üzərində işləyir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, musiqiçi bu barədə iyulun 18-də özünün rəsmi internet səhifəsində yazıb.
P.Makkartninin sözlərinə görə, o, kinematoqrafiya tarixində ən əlamətdar ekran əsərlərindən birinin - rejissor Frenk Kapranın "Bu gözəl həyat" filminin (1946) səhnədə musiqili variantı üzərində çalışır. Müzikldə söhbət uydurma Bedford Folls şəhərində yaşayan Corc Beyli adlı kredit şirkəti sahibindən gedir. Dürüst və mehriban insan, gözəl ailə başçısı Beyli gözlənilmədən üzləşdiyi müsibətlər qarşısında aciz qaldığı üçün intihar etmək barədə düşünür.
P.Makkartni bu əsəri səhnələşdirmək üçün həmyerlisi, teatr və kino impressariosu Bill Kenrayt ilə əməkdaşlıq edir. Sabiq bitl təkcə musiqi yaratmır, həm də ssenariçi Li Holla birlikdə müziklin mahnıları üçün mətnlər yazır.
P.Makkartni deyib: "Buna bənzər bütün layihələr kimi, hər şey elektron məktubdan başladı. Bill soruşdu ki, müzikl üzərində işləməyə necə baxıram. Müzikl yazmaq heç vaxt məni cəlb etməyib. Lakin Bill ilə görüşəndən və Li ilə danışandan sonra düşündüm ki, bu, maraqlı və ürəkaçan iş ola bilər. Axı "Bu gözəl həyat" özünün həyat çarpışmaları ilə birlikdə hamımıza yaxın olan bir süjetdir".
Makkartninin məlumatında deyilir: "Filmin ekranlara çıxmasından təqribən 70 il ötür. Amma bu əhvalat əvvəlki kimi, hətta bəlkə əvvəlkindən daha aktualdır, çünki bizə ailəmizin, dostlarımızın qədrini, həyatımızın dəyərini bilməyi öyrədir".
Müziklin premyerası 2020-ci ilin sonunda olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)





