"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məşhur internet resurslarda problemləri aşkarlayan "Downdetector" portalı xəbər verib.
Məlumata əsasən, problemlər dünən axşam saat 22:00-da başlayıb. "Instagram" istifadəçiləri qeyd ediblər ki, onlarda xəbərlər lenti yüklənmir.
Sosial şəbəkənin işindən daha çox ABŞ, Almaniya və Fransada yaşayan istifadəçilər şikayətləniblər.
Milli.Az