Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq üzümün yetişmə dövrü yaxınlaşır. İyul ayının axırlarından və avqust ayının əvvələrindən başlayaraq ən tez və tez yetişən üzüm sortları yetişməyə başlayacaq. Sağlam, təravətli, yüksək əmtəəlik görünüşünə malik üzüm məhsulunun əldə olunması üzümçülərin ən ümdə arzusudur.
Trend Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna istinadən məlumat verir ki, aqronomik qaydalara görə üzümün yetişməsinə 15-20 gün qalmış kimyəvi çiləmələr dayandırılmalıdır.
Eyni zamanda, üzümçülər, həmdə öz məhsullarını çürümə xəstəliklərindən qorumalıdırlar. Bəzi fermerlər, sahibkarlar üzümü uzun müddət tənək üzərində saxlayıb sonra satışa çıxarırlar. Ona görə də, onlar bir sıra aqrotexniki və bitki mühafizə tədbirlərinə əməl etməlidirlər.
Üzüm bir çox göbələk xəstəlikləri- boz çürümə, qara çürümə, ağ çürümə, qəhvəyi çürümə və s. ilə sirayətlənərək çürümə prosesinə məruz qala bilər. Azərbaycanda ən geniş yayılan "boz çürümə" xəstəliyidir. Bu xəstəlik rütubətli havada sürətlə inkişaf edir və adətən üzüm gilələrini yetişmə dövründə zədələyir. Gilələr üzərindəki çatlayan, mexaniki və zərərvericilər tərəfindən yaranmış zədələrə göbələyin sporları düşərək cücərir və gilənin çürüməsinə səbəb olur. Mildiu, oidium və salxım yarpaqbükəni ilə zədələnmiş gilələr də boz çürüməyə yoluxurlar. Zədələnmiş gilələr bozarır, qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür. Göbələklər qonşu gilələrə düşərək salxımın xeyli hissəsinin çürüməsinə səbəb olur. Xəstəliyin ilk əlamətləri olaraq gilələrdə 3-5 mm ölçüdə narıncı, yaxud qızılıya çalan xırda ləkələr meydana gəlir. Sonradan ləkələr böyüyərək homogen şəkildə gilələrin üzərini tutur və tündləşir. Barmaqla basdıqda sirayətlənmiş qabıq lətdən asanlıqla ayrılaraq sıyrılır.
Xəstəliyin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, gilələrdə zədə və yarıqlar olduqda göbələyin sporları ora daxil olur. Çox vaxt üzüm gilələrinin B.cinerea göbələyi ilə yoluxmasını xeyirli çürümə adlandırırlar. Bu ad onunla əlaqədardır ki, quraq keçən payızda göbələk gilələrdə zəif inkişaf edir, gilələrdə su buxarlanması artır, turşuluq azalır, şəkərlilik artır. Bu da onlardan hazırlanan şərabın keyfiyyətini artırır. Əgər quraqlıqdan sonra yağışlı havalar başlasa, onda yetişmiş gilələrdəki yarıqlar daha çox əmələ gəlir. Yağışlı havada göbələk sürətlə inkişaf edir və onun mitselisi gilənin lətli hissəsinə daxil olub onun əyilməsinə səbəb olur.
Mübarizə üsulları:
Adətən vegetasiya ərzində göbələk xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə aparılmış bağlarda boz çürümə xəstəliyi zəif inkişaf edir. Ancaq xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmayan, dolu, külək, sel və digər amillərdən mexaniki zədələr almış üzüm bağlarında boz çürüməyə qarşı diqqətli və vaxtında mübarizə aparılmalıdır.
Boz çürümə ilə mübarizədə aqrotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər havalanmanın daha yaxşı getməsi və günəş şüalarının düşməsi üçün şərait yaradır. Mildiuya qarşı mübarizədə tətbiq olunan istənilən fungisiddən boz çürüməyə qarşı da istifadə etmək olar. Bundan başqa Botran (1,5-2,0 kq/ha), Herodion 50 WP (0,75 kq/ha), Kumulus (6-8 kq/ha) və s. pestisidlər səmərəli nəticə verir.
Həyətyanı sahədə üzüm becərənlər və xırda fermer təsərrüfatları olan üzümçülər məhsulun yetişmə müddətində, o cümlədən tənək üzərində saxlama zamanı sahəni mütamadi gəzməli və yanlarında xırda ucu iti qayçı gəzdirmələri məsləhətdir. Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Bu "Samsung" modellərinin dövrü başa çatdı - Dəstəyi dayandırır
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası - FOTO
-
Əməkdar artist klipi üçün 20 kq ARIQLAYIB: 57 kiloya düşüb - FOTO
-
Nigar qısa ətəyi ilə diqqət çəkdi - VİDEO
XƏBƏR LENTİ
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib





