Boyunuz qısadırsa, geyiminizdə nələrə diqqət etməlisiniz?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boyunuz qısadır və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdursa, deməli, işiniz uzun görünmənizi təmin edən hiylələrə qalır.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, beləliklə, bu baxımdan sizə köməkçi olacaq üsulları təqdim edirik.
- Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən "uzun və zəif" qəbul edilmənizi təmin edər.
- Şalvar və ətəklərinizin beli incə olsun.
- Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər.
- Yaxşı tikilmiş, düz paltarları seçin.
- Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.
- Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.
- Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz.
- Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.
Əgər zəif deyilsinizsə, üfüqi xəttli geyimlər seçməyin. Üfüqi xəttlər, bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xəttli bluzlar yalnız zəif olanlar üçündür, təəssüf ki,...
Bunlardan uzaq durun!
- Üfüqi xəttli paltarlar geyməyin.
- Geniş paltar sizi daha iri göstərər.
- Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil.
Məşhurların gizli sirləri:
Natalie Portman - qısa boyunu daha uzun göstərmək üçün ya super mini paltarları incə yüksək dikdabanlarla, ya da çox uzun paltarları platforma dikdabanlarla geyməyi seçir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə də tək rəng paltarlar istifadə edir.
Penelope Kruz - gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun paçalı cinsləri platformalarla geyərək, boyunu uzadır. Ya da çox qısa şortlar geyərək, ayaqlarınıı olduğundan uzun göstərir. Əsla kapri geymir. Çünki kapri qıç boyunu ikiyə bölür.
Salma Hayek - balıq ətli amma mütənasib bir bədənə sahib olan bir qadındır, əksər hallarda dizin üstündə bitən paltarlar geyinir.Tək rəng geydiyi paltarlarının bellərini isə dar tutur. Bu şəkildə həm uzun boylu həm də zəif görünür.
Uzun ayaqlar
Ayaqları uzun göstərmək üçün hündür dabanlar yaxşı çıxış yolu deyil, belə ki, onların üstündə gəzmək heç də asan və rahat olmur. Ona görə də ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin - çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.
Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik. Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaqboylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da seçə bilərsiniz. Uzun yubkalar isə sizə yaraşmaz. Orta uzunluqda yubkalara üstünlük verin. Həmçinin, kəsiklər də ayağı uzun göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
XƏBƏR LENTİ
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan





