Maraqlı

Hyundai naməlum modelin ilk tizerini yayıb - FOTO

13 İyul 2019 23:30
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Senyabrda keçiriləcək Frankfurt avtosalonuna bir neçə ay qalmasına baxmayaraq, Hyundai şirkəti Almaniyada nümayiş etdirəcəyi naməlum modelin ilk tizerini dərc edib. Koreyalılar yeni modelin Avropa bazarında satılacaq ciddi "oyunçulardan" biri olacağını bildirib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, tizerdən də göründüyü kimi, naməlum model hetçbeki xatırladan kuzov formasına malkdir. Bununla belə, yeni modelin qara rəngli arxa dayaqlar sayəsində "süzən" dama malik olan yığcam krossoverin olacağı da istisna edilmir. Cənubi Koreya istehsalçısının mətbuat xidmətinin dərc etdiyi press-relizdə avtomobilin sinifində ən yaxşı təhlükəsizliyə və onlayn-xidmətlər sahəsində geniş imkanlara malik olacağı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.