Kişilər göbəyiaçıq gəzə, şort geyinə bilər - İlahiyyatçıdan səs-küylü açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Geyim insan tərbiyəsi ilə ölçülmür. Hər kəsin sərbəst geyinmək və yaşamaq hüququ var. Lakin elə geyim tərzləri olur ki, cəmiyyətin bir hissəsi belə geyimlərə yaxşı baxmır. Xüsusilə, şort geyinən kişilər və qızlar qınaq obyektinə çevrilir. Görəsən, insanların bu geyim tərzini aqressiya ilə qarşılamasına səbəb nədir? Bunun əsasında, mental fikirlər, yoxsa Avropa həyat tərzinə etiraz dayanır?
Mövzununun aktuallığını nəzərə alaraq, modern.az məsələ ilə bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovun mövqeyini öyrənib:
"Əlbəttə, cəmiyyət nöqteyi-nəzərindən yanaşsaq, şortik qeyinmək qəbul olunur, ancaq dini aspektdən baxanda müəyyən məhdudiyyətlər var. İslamda məhrəm və naməhrəm məsələsi var . Məhrəmə görə, qadın və kişinin örtülməsi vacib olan müəyyən yerləri var. Vacib olan işlər yerinə yetirildiyi zaman din hər hansı bir şəkildə başqa bir münasibət bildirmir. Əsas odur ki, dinin geyimlə əlaqəli qoyduğu qayda-qanunlar təsdiq olunsun. Mənim özümün bu məsələyə necə baxmağımın heç bir əhəmiyyəti yoxdur".
İlahiyyatçı kişilərin göbəyi açıq gəzməsinə icazə verildiyini söyləyib.
"Qadının üz və əllərindən başqa hər yerləri örtülməlidir. Kişilərdə isə bu işin minimum dərəcə göstəricisinə baxanda dizdən aşağı açıq ola bilər. Ümumi əxlaq çərçivəsində götürsək, sinə bağlı olsa, daha yaxşı olar. Amma göbəyin üstündən biraz açıq şəkildə bədənin görsənməsi elə də ayıb hesab olunmur. Lakin bu ona əsas vermir ki, kişilər göbəyi açıq çıxıb cəmiyyətin ortasında gəzsin. Dini baxımdan buna icazə var, qadağa yoxdur. İslamda digər məsələ də ondan ibarətdir ki, geyimə xüsusi bir baxış tərzi var. Fərqi yoxdur qadın və kişi olsun. Ümumi əxlaq çərçivəsindən kənara çıxmamaq şərtilə. İnsanlar bu çərçivəyə diqqət etsələr, daha məqsədəuyğun olardı.
Ümumiyyətlə, cəmiyyətimizdə geyimlə bağlı müxtəlif fikirlər var. İndi yay ayıdır, əlbəttə ki, biz dini bir cəmiyyətdə yaşamırıq, dünyavi cəmiyyətdə yaşayırıq. Hər bir kəsin də geyim sərbəstliyi var. Heç kimi qınamaq olmaz ki, niyə belə geyinmisən. Onlar istədiyi paltarı geyinə bilərlər. Ancaq istədiyimiz paltarı geyinə bilərik deyərkən, Azərbaycan xalqının ümumi baxış tərzini də diqqətə almaq lazımdır".
Elşad Mahmudov şort geyinən şəxslərə Azərbaycan cəmiyyətində pis baxıldığını etiraf edib. O, kişilərin sort geyinmək hüququnu dəstəkləsə də, qadınların belə geyimlərdə olmasına pis baxdığını da vurğulayıb:
"Xarici ölkələrlə müqayisədə , bizdə şort geyinən şəxslərə çox da yaxşı baxmırlar. Təbii ki, mental düşüncülər də ön plana keçir. Kişinin kişi geyimi, qadının da qadın geyimi olar. İstər- istəməz o tərzdə geyinən şəxslərə cəmiyyət pis gözlə baxacaq. Yaxşı olardı ki, geyim geyərkən təkcə özlərini yox, cəmiyyətin də baxış tərzini nəzərə alsınlar.
Kişilərin şort geyinmək məsələsinə o qədər də pis baxmıram. Dizdən aşağı geyinsələr, normaldır. Burda bir problem də görmürəm. Həm də yay fəslidir, bunu da diqqətə almaq lazımdır. Bir ilahiyyatçı kimi qadınların şort geyinməyinə yaxşı baxmıram. Qadın nəzərə almalıdır ki, bu geyim tərzi onlara uyğun deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
XƏBƏR LENTİ
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı





