Porsche rənglənməmiş 935 modelini təklif edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Porsche 935 yarış avtomobili zavodda Agate Gray rənginə boyanır. Əlavə olaraq, avtomobil üçün Martini livreyasını sifariş etmək də mümkündür. Lakin, Porsche şirkəti bu rəng sxemini bəyənməyən müştəriləri üçün, alternativ olaraq, boyanmamış avtomobili də təklif etməyə başlayıb.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddən bundan əvvəl Porsche yarış avtomobili üçün doqquz yeni livreya hazırlamışdı. Hər bir livreya Porsche 935 modelində bu və ya digər yarışlarda qalib gəlmiş komandalara olan hörməti tərənnüm edir. Onların arasında 1970-ci ildə ümumi birincilikdə markanın ilk qələbəsini əldə edən Porsche Salzburg Team və 1979-cu ildə keçirilmiş marafonun qalibi Kremer Racing komandaları da vardır.
Yeni Porsche 935 modeli 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarına da sahib olub. Porsche 935 sportkarı 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir.
Yeddi pilləli PDK "robotu" ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm-dir. Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası və altınöqtəli kəmərlər daxildir.
77 nüsxəlik tirajla buraxılacaq Porsche 935 sportkarının qiyməti vergilər nəzərə alınmadan 701948 avro təşkil edir. İlk avtomobillər 2019-cu ilin iyununda müştərilərə təhvil veriləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





