Maraqlı

Telefonda kontaktlar niyə silinir?

7 İyul 2019 20:10
4 Şərh     Baxış: 2 225

Smartfonlar - funksiyalarından geniş şəkildə istifadəsi mümkün olan multimedia qurğularıdır. Lakin, bütün maraqlı funksiyalarına baxmayaraq,  telefonların əsas vəzifəsi zənglərdir. Əgər əlaqə və ya sim-kartların işində problem yaranarsa, smartfon yararlı devaysdan oyuncağa çevrilir.  Hansısa səbəbdən telefonun yaddaşından heç bir iz qoymadan vacib nömrələr itərsə, bu da çoxları üçün faciə deməkdir.

Kontaktlar hansı səbəblərdən itə bilər?

Belə qəfil yoxaçıxmaların səbəbi müxtəlif ola bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, əgər sizin qadjet (ağıllı əşya, yaddaş daşıyıcısı olan texniki qurğu) yerə düşübsə, hər hansı bir zərbə alıbsa, bir neçə və ya bütünlüklə kontaktların itməsi mümkündür.

Siz internetdə (vacib deyil hansı səhifələrə daxil olduqda) şəbəkəyə qoşularkən Android  müəyyən yazılanları silə bilər.

SMS yaddaşı dolduqda bəzi kontanklar silinə bilər.

Kontaktların @gmail.com akkauntu ilə sinxronlaşdırılma cəhdi olduqda da bu hall baş verə bilər.
 

Qurğu zavod parametrlərinə  sıfırlandıqda digər məlumatlar kimi kontaklar da silinir.
 

Kontaktlar silinmədən "Gizlilər" kateqoriyasına keçibsə...

Bəzi hallarda bu səbəbsiz də baş verir. Mobil telefon illərlə xidmət edir və müəyyən anda, uzun müddət və titizliklə toplanan verilənləri göstərmir.

Bu əlaqələr  niyə itir və onları  necə bərpa etmək olar?

Hər şey uğursuluğun səbəbindən asılıdır. "Zavod parametrləri"nə qayıtdıqda, itirilmiş nömrələri  ehtiyatda olan  kopiyalardan geri almaq mümkündür.

Əgər itki "google" hesabı ilə manipulyasiyalarla bağlıdırsa, hesabınızdan çıxıb  yenidən daxil olun.
"Əlaqə parametrləri"nə keçin, "Ətraflı" nişanı olan yerdə müəyyən zaman kəsiyini (məsələn, "1 gün və ya həftə, 30 gün ) seçib "Əlaqələri bərpa"  düyməsinə  sıxın.

Müxtəlif internet-forumlarda  "viber"lə sinxronlaşdırmanı  silmək və yenidən çalışdımaq və bununla yanaşı qurğunu yenidən başladın.
 

Nömrələrin itməsindən yox, sadəcə görünməməsindən şübhələndikdə isə:

"Əlaqələr" tətbiqini açın  və menyu düyməsinə sıxın.
 

"Əlaqələrin filtrləməsi"ni seçin.
 

"Bütün əlaqələr" əmrini aktivləşdirin və bu zaman sizdə simkarta, "viber", "skayp" və digər mesencerlərə aid yazılanlar peyda olacaq.
 

Bəs görəsən, qiymətli məlumatları qorumaq üsulları varmı? Əslində bu üsullar çoxdur və əsas odur ki, siz özünüzə uyğun və rahat  olanı seçin.  Simkartda  Nömrələrin dublikatını çıxara, ya da daha müasir və "Google Contacts" servislərindən tutmuş "Outlook" vasitəsi ilə telefon kitabçasının sinxronlaşdırmaya  qədər güclü tətbiqlərdən istifadə edə bilərsiniz.

Əsas odur ki, bu manipulyasiyaları vaxtında görəsiniz və o zaman yəqin ki, "əlaqələr niyə telefondan yoxa çıxır?" sualı yaranmayacaq.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Papatya · 7 İyul 20:5301

    Menim telinde nese başinda tezelikle problem emele gelib. Zaryatkaya taxiram, ustunden xeyli kecir baxiram.meselen hele de 15faizdi, artmir. Sonra oz ozunden de duzelir.))

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 7 İyul 21:2000

      SALAM siz yaxşı olar adaptırı dəyişəsiz, çox güman ki ondandı.

      Cavab yaz
      • Anonim
        Papatya · 7 İyul 22:0600

        Salam Fizuli bey, tesekkur edirem. ola biler belke de adapterlikdi. eslinde işlemeyinde hec bir problem yoxdu. Bu problem son 1-2 heftedi var. Basqa tel adapterleri de dusmur. Deyişerem dediyiniz kimi.

        Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 8 İyul 00:0100

          mütləq dəyişin işləyəcək, uzbeyin dəyişsəz bəs edir.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.