Maraqlı

Ürək və damarlar üçün SUPER-MƏHSUL

17 İyun 2019 21:43
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər yayda daha çox gilas yeməyi tövsiyə edirlər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqlar B qrupu vitaminləri, karotinoidlər, dəmir, fosfor, pektinlər, qidalı liflərlə zəngin olan gilası ürək və damarlar üçün çox faydalı hesab edirlər.  

Gilas damarları təmizləyir, möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır, ürəyin sağlamlığını qoruyur, orqanizmə ümumi tonuslaşdırıcı təsir edir.

Həmçinin qilas pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir.

Kimə olmaz?

Faydalı xüsusiyyətlərə baxmayaraq artıq çəki, diabet, bağırsaq keçirilməzliyi, köpdən əziyyət çəkənlər, kiçik yaşlı uşaqlar və hamiləliyin 3-cü üçaylığında gilas yeməyi tövsiyə edilmir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.