Maraqlı

Sosial şəbəkə, TV, radioya yeni rəqib gəldi?

17 İyun 2019 21:35
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Podcast yayımı yaxın dövrlərdə ən çox danışılan trendlərdən biri olmağa namizəddir. Məcranın keçmişi Amerikada uzun illərə dayanır, amma son üç il içində podcast ekosistemi böyüyür. Türkiyədə də dinləyici auditoriyasını artıraraq böyümə trendlərinə daxil oldu. Bu artıma təsir edən ən vacib hadisələrdən biri isə "Spotify"ın bu il podcast sektoruna 500 milyon dollarlıq investisiyası ilə bağlıdır. Belə ki, şirkət bu pulla "Gimlet Media", "Anchor" və "Parcast" firmalarını almışdı.

İlin əvvəlindən bu yana həyata keçirilən bu üç böyük alış investorların, reklamverənlərin, kontent yaradıcılarının marağını bir anda podcast sektoruna çəkdi. IAB-ın "Podcast Reklam Gəlirləri" Araşdırmasına görə, podcast reklam gəlirləri 2017-ci ildə 314 milyon dollar, 2018-ci ildə 650 milyon dollar olub. PwC-nin apardığı analizə görə isə, podcast sektorunda reklamdan gəlirlər 2022-ci ildə 1,6 milyard dollara çatacaq. Podcast bazarı ilə bağlı Amerikada araşdırma aparan "Edison Research"ın son tədqiqatına görə, "Spotify"ın podcast sektoruna gəlişi ilə 18-24 yaş arası gənclərin podcast istehlakında artım müşahidə olunur. Burada başqa bir vacib informasiya isə 2019-cu ilin aprel ayı etibarı ilə iTunes daxilində 700 000 podcast yayımının yer almasıdır. ABŞ-da hər ay 73 milyon nəfər ortalama 7 podcasta qulaq asır.

Bəs Türkiyədə podcast ekosistemi nə vəziyyətdədir?

Milli.Az facemark.az-a istinadən bildirir ki, Türkiyədə podcast yayımcılarını iki yerə ayırmaq mümkündür. Bir qrup insanlar var ki, onların xəbər, qəzet, radio karyerası var və yayımlarını podcast olaraq da paylaşırlar. Digər qrup isə müstəqil yayımçılardır. Məsələn, hər sabah "Scope" üzərində yayımladığı yayımları Ünsal Ünlü podcast olaraq da paylaşır. "Medyasccope" komandası "Medyascope TV"dəki kontenti podcast olaraq yayımlayırlar. Bunun kimi oxşar professional yayımçıları ilk nümunələrə əlavə etmək olar. Lakin bu sahəni funksional olmasının səbəblərindən biri də kontent yaradıcılarının təkcə professionallardan ibarət olmamasıdır. Belə ki, deyəcək sözü olan, yaxşı kontent axını yarada bilən, dinləyicilərin ehtiyaclarını doğru müəyyən edən hər kəs platformada yayım başlada bilər.

Buna görə də, Türkiyədə hər dəfə yeni yayımlar meydana gəlir. Podcast ekosistemində Tekno Seyir, Açık Bilim, Evrim Ağacı, Farklı Kaydet kimi uzun illərdir ki, yayım edənlər var. Bu yeni yayımlar blokçeyndən kinoya, psixologiyadan hüquq mövzularına qədər bir çox fərqli sahədə yayım edir və bilgi ehtiyacını təmin edir. Burada xəbər və kontent yaradıcıları üçün çox önəmli fürsətin yarandığını deyə bilərik. Son dövrlər xəbər mənbələrinə etibarın sürətlə azaldığını, insanların dünya miqyasında ana xəbər axını, kontent kanallarından uzaqlaşdığının şahidi oluruq.

Məsələn, "Facebook" ətrafındakı qalmaqallar, platformada yalan, saxta xəbərlərin çoxalması da bilgi çirkliliyini artırır. Eyni hal digər sosial məcralarda da müşahidə olunur. İndi insanlar podcast yayımları üzərindən infomasiya əldə edirlər, etibar etdikləri şəxslərə qulaq asaraq yeni informasiyalar əldə edirlər. Belə desək, insanlar artıq informasiya ehtiyaclarını belə platformalar üzərindən təmin etməyə başlayıb. Türkiyədə də bu boşluğu dəyərləndirərək, fərqli sahələrdə informasiya arayışında olan kütlənin axtardığı informasiyanı təqdim edəcək yayımlar olarsa, ölkədə podcast sektorunda bir addım da olsa irəliyə gedəcək.

Türkiyədə hələ bu sahədə yeni yayımçıların meydana gəlməsinə və markalaşmasına açıq, əlverişli şərait var. Bu sahədə rəqabət çox deyil. Həm də davamlı olan yayım sayı çox azdır. Medianın podcast sektoruna da daxil olduğunu görürük, ancaq müstəqil yayımçıların da artaraq uğurlu markalar yaratması, çox səsli, fərqlilikləri əks etdirən podcast ekosisteminin meydana gəlməsi kritik dərəcədə önəmlidir.

Türkiyədə podcast dinləmə vərdişləri nə yerdədir?

"Podiolab" Türkiyədə 12 yaş üstü şəxslərdən sorğu edib. Sorğuda iştirak edənlərin 34,2%-i 1-3 il aralığında davamlı olaraq podcasta qulaq asır. Nə üçün podcasta qulaq asırsınız? sualına isə anket iştirakçıları belə cavab verib. 49,1% yeni məlumat almaq, 28,7%-i şəxsi inkişafı (məsələn yeni bir dil öyrənmək), 17,9%-i isə gündəlik xəbər və hadisələri izləmək üçün bunu edir.

Podcasta qulaq asanların 41,9%-nin yaş aralığı 25-34, 29,5%-nin 18-24, 19,5%-nin isə 35-44 yaş arasında olduğunu görürük. Bu informasiyalara görə, podcasta qulaq asanlar həftəlik, ortalama 7 podcasta qulaq asır. Dinləyicilərin 80-90%-lik bir qismi isə fasiləsiz podcasta qulaq asır. Bu isə, həm kontent istesalçıları, həm də reklamverənlər baxımından olduqca potensialı yüksək məcradan, istehlakçı varlığından xəbər verir.

Bunun kontent istehsalçıları, markalar və reklamverənlər baxımından nə kimi fürsəti var? Türkiyə də daxil olmaqla, podcasta qulaq asanların əksəriyyəti səyahət zamanı bunu edir (avtomobil, avtobus, ictimai nəqliyyat). Bunu evdən işə, işdən evə gedən zaman olaraq adlandıra bilərik. İstanbul kimi əhalisi sıx olan şəhərdə insanlar vaxtlarının böyük hissəsini ictimai nəqliyyatda keçirirlər.

Bununla bu qənaətə gəlmək olar ki, podcast yayımları dinləyiciyə çatmaq üçün önəmli vasitələrdən biridir. Yuxarıda da bəhs etdiyimiz kimi dinləyicilərin bir yayımın 80-90%-lik bir qismini fasiləsiz qulaq asa bilir. Dinləyici yayımçı ilə olduqca səmimi bir kommunikasiya içində olur. Hədəf kütləyə bu qədər yaxın olan başqa bir məcra demək olar ki, yoxdur. Üstəgəl podcast yayımlarını daşına bilən cihazlara yükləməklə də qulaq asmaq olar ki. Bununla da radio, TV, YouTube-dakı kimi internet və siqnala bağımlı məcra olmaqdan podcast çıxır.

Burada isə ən kritik nüans podcast yayımçılarının hədəf kütləsini yaxşı tanıması və keyfiyyətli kontent yaratmalarıdır. Türkiyədə bu sahədə kontentə fikir verən, daha professional podcast yayımları etmək üçün əmək sərf edən yayımçılar var. Yaxın illərdə belə yayımların artacağını proqnozlaşdırıram. Artım isə özü ilə daha çox markanı bu sahəyə çəkəcək. Hətta Power FM-in podcast sponsorluğu, "Yemək Sepet"nin bəzi türkçə podcast yayımçıları ilə ərsəyə gətirdikləri kiçik miqyaslı sponsorluq işlərinin də şahidi oluruq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.